"Türkiye" bura istiqamətləndirir. Qəzet üçün baxın: Türkiye (qəzet).
Türkiyə (türk.Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk.Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə.[8] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[9] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[10]
Türkiyə sözü iki hissəyə bölünür: Türketnonimi və "sahibkar" mənasında istifadə olunan -iyə şəkilçisi. "Türk" və ya "Türük" sözlərinə tarixdə ilk dəfə VIII əsrdəMərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbasının istifadəsi ilə qeydlər aparılan Orxon abidələrində rast gəlinib.[23] Bu sözün müasir dövrdəki halının orijinalı ilk dəfə XII əsrdəitalyanlar tərəfindən orta əsrlatın dili istifadə edilərək Turchia və ya Turmenia olaraq qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.
Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[24] Ancaq imperator burada "türklər" adı altında macarları ifadə etmişdir.[25] Eyni şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[26]Osmanlı İmperiyası da müxtəlif dövrlərdə digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.
Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.[27] Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır.[28] Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar. Bəzi elm adamları Hind-Avropa dillərinin qədim Anadolu dilləri olan xet və luvidən yarandığı fikrini də irəli sürmüşdür. Frakiyalılar, qırx min il əvvəl, e.ə 6000-ci illərdə neolit dövründə bu bölgədə ilk dəfə maldarlıq və əkinçilik ilə məşğul olan xalq olmuşdur.[29]
Eramızdan əvvəl 10.000-ci ilə aid Göbəklitəpə, ölkənin ən qədim dini abidəsinin yerləşdiyi ərazidir.[30] Tarixinin e.ə 7500 və ya e.ə 5700-cü ilə təsadüf etdiyi Mərkəzi Anadoluda yerləşən Çatalhöyük isə neolit və eneolit dövrünə aid ən böyük məskunlaşma mərkəzidir. Bu tarixi ərazi 2012-ci ilin iyul ayında, neolit dövrünə aid ən yaxşı qorunub saxlanılan məskunlaşma mərkəzi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.[31] Qədim Troya şəhəri, neolit dövründə salınmış və dəmir dövrünə qədər əsas məskunlaşma mərkəzi olaraq qalmışdır.[32] Tarixə məlum olan ilk Anadolu sakinləri xatt və hürri tayfaları olmuşdur. Hind-Avropa xalqlarından olmayan bu iki tayfa təxminən e.ə. 2300-cü ildə Mərkəzi və Şərqi Anadoluda məskunlaşmışdır. Hind-Avropa xalqlarından biri olan xetlər isə e.ə 2000–1700-cü illərdə Mərkəzi Asiyaya köç edərək xatt və hürrilərin yerini almışdır.[33] Xetlər bölgədə ilk böyük səltənəti e.ə XIII əsrdə qurmuşdur. Aysorlare.ə 1950—e.ə 612-ci illərə qədər müasir Türkiyə ərazisinin cənub-şərqindəki əraziləri fəth etmiş və burada məskunlaşmışlar. Bununla yanaşı, Aysor yazılarıUrartulularıne.ə IX əsrdə Aysorlar ilə münaqişəli münasibətlərinin olduğunu sübut etmişdir.[34]
Eyollar, ioniyalılar və qədim yunanlar 1200-cü illərdən başlayaraq Anadolu sahillərində məskunlaşmağa başlamışdır. Həmçinin bu dövrdə Milet, Efes, Smirna və Bizantion kimi bir çox vacib şəhərlər salınmışdır.[37] Nəhayət bu şəhərlərdən ən böyüyü olan Meqara, e.ə 657-ci ildə yunan kolonistləri tərəfindən salınmışdır. Həmçinin, Türkiyə, torpaqlarının müasir sərhədlərini ilk dəfə e.ə VI əsrdə, Ortonid satraplığının hökmranlığı dövründə əldə etmişdir.[38][39]
Osmanlı İmperiyası torpaqlarının sərhədləri, hərbi gücü və təbii sərvətləri tədricən azaldıqda Balkan yarımadasında yaşayan müsəlmanlar üzləşdikləri işgəncələrə görə Anadoluya köç etməyə başladılar.[63] Eyni şəkildə rusların Qafqaz ərazisini işğal etməsi ilə buradakı müsəlmanlar Anadoluya köç etmək məcburiyyətində qaldı. İmperiyanın son dövründə millətçi üsyanların meydana çıxması ilə millətlər arasında müxtəlif etnik gərginliklər yaşandı və bu etnik gərginliklər "erməni problemi" kimi adlandırıldı.[64] Sultan II Əbdülhəmidinavtoritar hakimiyyətinə qarşı çıxmaq üçün inkişaf edən Gənc türklər hərəkatı 1908-ci ildə ikinci məşrutiyyətin elan olunması ilə nəticələnmişdir. 5 oktyabr 1908-ci ildə Bolqarıstanda respublikanın elan olunması, 6 oktyabr 1908-ci ildə isə Avstriya-Macarıstanın Bosniyaya birtərəfli şəkildə qoşulması ölkədə xaosu daha da genişləndirdi. Daha sonra baş verən Tripoli və Balkan Döyüşləri çox sayda insan və torpaq itkisi ilə nəticələnmişdir. 23 yanvar 1913-cü ildə Balkan müharibəsi zamanı baş vermiş Bab-ı Ali basqını diktator Üç Paşanın hakimiyyəti ələ keçirməsinə səbəb oldu.[65]
Osmanlı İmperiyasıİttifaq dövlətləri ilə birlikdə I Dünya Müharibəsinə girmiş, lakin müharibədən məğlub ayrılmışdır. Müharibə zamanı ermənilərlə etnik gərginliyin artması ilə qüvvəyə minən qaçqın qanunu ilə ermənilər Şərqi Anadolu regionundanSuriyaya köçürülmüşdür. Müxtəlif mənbələrə görə, 300.000–1.000.000 arası erməni köçürülmə nəticəsində həlak olmuşdur. Daha sonralar, bu ölümlər müxtəlif mənbələr tərəfindən erməni soyqırımı kimi mətbuatda əks edilmişdir.[66][67][68][69][70] Lakin Türkiyə tərəfi bu hadisələrin soyqırım olmadığını, ermənilərin ölkədəki sabitliyi pozduğu və gərginlik yaratdıqları üçün deportasiya olunduğu fikrini müdafiə etmişdir. Ermənilərlə yanaşı, imperiyada müharibə davam edərkən yunanların və aysorların qətlə yetirildiyi iddia edilmişdir.[71][72][73] Müharibələrdən sonra imperiya parçalanmış və ərazisində müxtəlif dövlətlər qurulmuşdur. 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası, müttəfiq dövlətlər ilə Mudros müqaviləsini imzalanmışdır. 10 avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsi Osmanlı ərazisini Müttəfiq dövlətlər arasında bölüşdürmək üçün nəzərdə tutulmuş, lakin qüvvəyə minməmişdir.[74]
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparmışdır. 1934-cü ildə çıxan soyad qanunu ilə "Atatürk" soyadını almışdır.[75][79]II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qorumuş, lakin müharibənin son aylarında 23 fevral 1945-ci ildə müttəfiq dövlətlərin tərəfinə keçmişdir.[80] 26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[81]II Dünya Müharibəsindən sonra, Türkiyənin, Yunanıstanda kommunist üsyanların yatırılması və Sovet İttifaqının türk boğazlarında hərbi baza istəməsi kimi qarşılaşdığı çətinliklər ABŞ-nin 1947-ci ildə Trumen doktrinasını elan etməsi ilə nəticələnmişdir.[82]
Türkiyə və Yunanıstanın təhlükəsizliyini təmin etməyi hədəfləyən doktrina, hər iki ölkəni hərbi və iqtisadi dəstək ilə təmin etmişdir. 1948-ci ildə Avropa iqtisadiyyatının yenidən qurulması planına Marşal və OECD daxil edilmişdir. 1961-ci ildə Türkiyə, OECD-nin qurucu üzvü olmuşdur.[83][84]Koreya müharibəsinəBirləşmiş Millətlər qüvvələri ilə birlikdə qatılan Türkiyə, 1952-ci ildə Sovet İttifaqına qarşı yaradılan NATO təşkilatına qatılmışdır.[85] 15 iyul 1974-cü ildə Kiprdə çevriliş baş vermişdir. Ölkədə EOKA-B fəaliyyətləri, Enozis planları və yaşanan cəmiyyətlərarası qarşıdurma şiddətinin artması, 20 iyul 1974-cü ildə Türkiyənin Kiprə qoşun yeritməsi ilə nəticələnmişdir. Doqquz il sonra, 1961-ci ildə Şimali Kipr Türk Respublikası qurularaq ada ikiyə bölünmüşdür.[86][87][88] 1946-cı ildə Türkiyə Respublikasında tək partiyalı dövr sona çatmışdır.[89][90] Daha sonra, çoxpartiyalı demokratiya dövrü1960, 1971, 1980 və 1997-ci illərdə dövlət çevrilişləri ilə müvəqqəti olaraq dayandırılmışdır.[91] Həmçinin, 2016-cı ilin iyul ayında uğursuz çevriliş cəhdi baş tutmuşdur. 1980-ci illərdə Türkiyə iqtisadiyyatının liberallaşdırılması ölkədə iqtisadi artıma və siyasi sabitliyə səbəb olmuşdur. 1984-cü ildən bəri PKK, Türkiyə hökumətinə qarşı qiyam və hücum aksiyalarına başlamış, tərəflərin toqquşması nəticəsində rəsmi məlumatlara görə 40 mindən çox insan həyatını itirmişdir.[92]Human Rights Watch məlumatlarına görə, indiyə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən 3000-dən çox kürd yaşayış məntəqəsi yandırılmış və minlərlə kürd öldürülmüşdür.[93] Həmçinin ölkədə kürdlər tərəfindən qurulan siyasi partiyaların çoxu ləğv edilmişdir.[94] Tərəflər arasında sülh danışıqları 2012-ci ildə başlamış, lakin 2015-ci ildə başa çatmışdır və vəziyyət daha da gərginləşmişdir. Gəzi parkında baş tutan tənzimləmələr səbəbilə 2013-cü ildə başlayan etirazlar hökumət əleyhinə etirazlara çevrildi və bir çox vilayətə qısa müddətdə yayıldı.[95][96] Lakin, etirazlar hökumət tərəfindən yatırıldı. Ölkədə 2015-ci ilin iyun ayında keçirilən parlament seçkilərindən sonra müxtəlif şəhərlərdə müşahidə olunan silahlı və bombalı hücumlar günü-gündən artaraq yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdur.[97][98][99]
1923–2018 illəri arasında Türkiyə, parlamenttəmsilli demokratiyanın tətbiq olunduğu ölkə olmuşdur. 2017 Türkiyə konstitusiya dəyişikliyi referandumunun nəticəsində prezident respublikası sistemi qəbul edilmişdir. Yeni sistem 2018-ci ildə prezident seçkisi ilə qüvvəyə minmiş və prezidentə fərman vermək, kabinet təyin etmək, büdcə hazırlamaq, seçki çağırışı ilə parlamenti ləğv etmək, məhkəmələrə və bürokratiyaya siyasi təyinatlar etmək səlahiyyətləri daxil olmaqla tam nəzarət verilmişdir.[100] Nazirlər şurası ilə birlikdə baş nazirlik də ləğv edilmiş və səlahiyyətləri birbaşa seçki yolu ilə 5 il müddətinə seçilən prezidentə həvalə edilmişdir. Rəcəb Tayyib Ərdoğan, 2014-cü ildə xalqın səsverməsi ilə seçilən ilk prezidentdir. Türkiyə Konstitusiyası, ölkənin qanuni sistemini, hökumətin əsas prinsiplərini unitar bir mərkəzi dövlət olaraq Türkiyəni əks etdirir.[101][102][103]
İcra səlahiyyəti prezident tərəfindən tətbiq olunduqda qanunvericilik səlahiyyəti Türkiyə Böyük Millət Məclisi olan məclisparlamentinə verilir.[104] Məhkəmə orqanları icra və qanunverici orqanlardan azad olmuş, lakin 2007, 2010 və 2017-ci illərdə referendumlarda qüvvəyə minən konstitusiya dəyişiklikləri prezidentə və hakim siyasi partiyaya prokuror təyin etmək və ya vəzifədən azad etmək kimi daha böyük səlahiyyətlərin verilməsilə nəticələnmişdir. Konstitusiya məhkəməsi qanunların və konstitusiya qərarlarının uyğunluğu barədə qərar vermək məsuliyyəti daşıyır. İnzibati iddialar və digər yüksəkvəzifəli şəxslər üçün Ali Apelyasiya məhkəməsi fəaliyyət göstərir.[105][106][107][108]
Hər iki cins üçün ümumi seçki hüququ, 1933-cü ildən bəri Türkiyədə tətbiq olunur və 18 yaşına girmiş hər bir Türk vətəndaşı seçki hüququna malikdir. Türkiyədə 85 seçki bölgəsi var və bu seçki bölgələrindən namizəd olan 18 yaş üstü şəxslərdən 600-ü beş il aralıqlarla siyahı üsulu majoritar seçki sistemi yolu ilə millət vəkili seçilir.[109][110][111] Konstitusiya məhkəməsi anti-dünyəvi və ya separatist hesab etdiyi siyasi partiyaların dövlət maliyyəsini və ya tamamilə fəaliyyətlərini ləğv etmək hüququna malikdir. Ölkədə 10% seçki həddi tətbiq olunur.[112] 1923-cü ildə respublikanın elan olunmasından bəri ölkənin dünyəviliyi aktual bir mövzuya çevrilmişdir. Türkiyədə islamçılar və Atatürkün islahatlarını dəstəkləyən atatürkçülər, ictimai həyatında dinin uyğun rolu mövzusunda müzakirələr yaşayan iki əleyhdar tərəfdir. Atatürkçülər dünyəvi konstitusiya demokratiyasının və qərbləşdirilmiş dünyəvi həyat tərzinin tərəfdarıdır.[113][114][115][116]İqtisadiyyat, təhsil və digər ictimai xidmətlərə dövlət sərmayesinin tərəfdarıdırlar.[117][118][119] 1980-ci illərdən bəri ölkədə gəlir bərabərsizliyinin və sinif ayrı-seçkiliyinin artması, nəzəri olaraq səlahiyyət, ictimai həmrəylik və sosial ədalət öhdəliyini dəstəkləyən, lakin praktikada mübahisələrə səbəb olan İslam populizminə səbəb olmuşdur.[120][121][122][123]
Türkiyədə insan haqqları, beynəlxalq mühitdə qınanlımış və müxtəlif müzakirələrin əsas mövzusu olmuşdur. 1998–2008 illəri arasında Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən xüsusilə azad yaşamaq hüququ olmaqla ümumi insan haqları pozuntuları və azadlıq pozuntuları səbəbiylə Türkiyə əleyhinə 1.600 qərar alınmışdır.[124]Kürd, qadın hüquqları və mətbuat azadlığı kimi digər məsələlər də böyük mübahisələrə səbəb olmuşdur.[125][126][127][128] Son zamanlarda Türkiyədə qeydə alınan insan haqqları pozuntuları, Avropa Birliyi üzvlüyünə bir maneə olaraq qalmağa davam edir.[129][130]
Jurnalistləri Müdafiə Komitəsindən verilən məlumata görə, illərdir ölkəni idarə edən AKP hökuməti dünyada mətbuat azadlığı baxımından ən böyük təzyiqlərdən birini tətbiq edir.[131] Ölkədəki bir çox jurnalist ergenekon, balyoz kimi müxtəlif iddialar və 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra aparılan təmizlik çərçivəsində "terrorizm" və "dövlət əleyhinə fəaliyyət" ittihamları ilə həbs olunmuşdur.[132][133] Jurnalistlərə qarşı "türkçülüyü alçaltmaq" və "məhkəmə sisteminə təsir göstərmək" ittihamları ilə müxtəlif iddialar irəli sürülmüş və hökumətin mətbuatda özünütənzərəni gizlətdiyi iddia edilmişdir.[134][135][136][137] 2013-cü ildə Jurnalistləri Qoruma Komitəsi, Türkiyədə 211 jurnalistin həbs olunduğunu hesabat edərək ölkənin bu rəqəmlə ən çox jurnalist həbs edən ölkə sıralamasında İran, Eritreya və Çini keçərək üst hissələrə yerləşdirdiyini bildirmişdir.[125][126] Digər tərəfdən Freemuse, doqquz musiqiçinin əsərlərinə görə həbs olunduğunu və musiqiçilərin həbsi baxımından ölkənin Rusiya və Çindən sonra üçüncü sırada olduğunu müəyyən etmişdir.[138][139][140] Köhnə ABŞDövlət Departamenti spikeri Filip Krouley, "Türkiyədə jurnalistlərə qarşı təhdid ehtiva edən meyllər haqqında böyük narahatlıqlarının olduğunu" bildirmişdir.[141][142][143] Türkiyə, Freedom House tərəfindən "Qismən azad" sinfində qiymətləndirilmişdir.[144][145] 2016-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının, "Türkiyədə Demokratik İdarələrin fəaliyyəti" layihəsi çərçivəsində ölkədə araşdırmalar aparılmış və bir çox demokratik təşkilatların fəaliyyəti barədə ciddi şübhələr olduğunu irəli sürmüşdür.[146][147][148]
Türkiyə hüquq sisteminin böyük bir hissəsi Avropadan əsinlənmişdir. Öhdəliklər Məcəlləsi və Türkiyə Mülki Məcəlləsi, İsveçrə hüquq sisteminin türk mədəniyyətinə uyğunlaşdırılması ilə hazırlanmışdır. İnzibati Hüquq qaydaları Fransadakı eyniadlı sistemə, Cinayət Məcəlləsi isə İtaliya məhkəmə sisteminə əsaslanmışdır.[149] Türkiyədə güclər ayrılığı prinsipi mənimsənilmişdir. Bu prinsipə uyğun olaraq məhkəmə sistemindən yalnız Türk millətinə fəaliyyət göstərən müstəqil məhkəmələr istifadə edə bilər.[150][151] Məhkəmələrin müstəqilliyi və quruluşu, hakim və prokurorların səlahiyyət müddəti ərzində təhlükəsizliklərinin təmin edilməsi, hakim və prokurorların vəzifələri, hərbi məhkəmələr və quruluşu, yüksək məhkəmələrin səlahiyyət və vəzifələri Türkiyə Konstitusiyası tərəfindən müəyyən edilir.[152][153][154]
Türkiyə Konstitusiyasının 142-ci maddəsinə görə məhkəmələrin quruluşu, vəzifə və səlahiyyətləri sadəcə dövlət tərəfindən idarə oluna bilər.[155][156] Bu və əlaqədar digər konstitusiya maddələri istiqamətində Türkiyədəki məhkəmə sistemi, mühakimə məhkəmələri, idarə məhkəmələri və hərbi məhkəmələr olmaqla üç əsas başlıq altında toplanır. Hər başlıqda yüksəksəviyyəli məhkəmələr və yüksək hökmlər mövcuddur. Ölkədəki inzibati mübahisələrin həlli üçün Mübahisələr Məhkəməsi yaradılmışdır.[152][157] Türkiyədə hüquq-mühafizə qüvvələri Ümumi Təhlükəsizlik Müdirliyi və Ümumi Jandarma Komandirliyi kimi müxtəlif vahidlərə ayrılmışdır. Bütün bu qüvvələr Türkiyə Respublikası Prezidentinə və ya Daxili İşlər Nazirliyinə bağlı olaraq hərəkət edirlər. Ədliyyə Nazirliyi tərəfindən 1 noyabr 2008-ci ildə açıqlanan hesabata görə, Türkiyə həbsxanalarında məhkumların sayı 100.000 nəfəri keçmiş və bu rəqəm 2000-ci ildəkinə nisbətən iki dəfə çox olmuşdur.[158][159][160][161]
Türkiyənin xarici əlaqələrinin bir digər təyin edici ünsürü Amerika Birləşmiş Ştatlarıdır.[177][178]Sovet İttifaqının meydana gətirdiyi ortaq təhdid səbəbiylə Türkiyə, 1952-ci ildə NATO-ya üzv olmuş və Soyuq müharibə ərzində Vaşinqton hökuməti ilə yaxın ikitərəfli əlaqələr qurmuşdur.[179] Türkiyə, Avropa Birliyi ilə siyasi danışıqlara başlaması kimi əhəmiyyətli mövzular da daxil olmaq üzrə Amerika Birləşmiş Ştatlarının siyasi, iqtisadi və diplomatik dəstəyindən faydalanmışdır. Soyuq müharibədən sonra Türkiyənin geostrateji əhəmiyyəti, Orta Şərq, Qafqaz və Balkan regionlarına yayılmağa başlamışdır.
Forbes jurnalının verdiyi məlumata görə, 2016 Qlobal Sülh İndeksi, Türkiyə, əsasən, "qonşuları ilə münasibətləri getdikcə gərginləşdiyinə görə" dünyanın 163 ölkə arasında 145-ci yeri tutmuşdur.[210]
Türkiyə, inzibati baxımdan unitar bir quruluşa malikdir və bu vəziyyət Türk ictimai rəhbərliyinə şəkil verən ən əhəmiyyətli faktorlardandır.[211][212] Dövlətin əsas işləməsindəki üç güc olan qanunvericilik, icra və məhkəmə nəzərə alınaraq, yerli rəhbərliklərin hər hansı bir gücü yoxdur. İl və digər vahidlərin rəhbərliyi mərkəzi hökumətdən sonra gəlir.[213][214][215] Yerli hakimiyyət orqanları yalnız hakimiyyətdə olduğu vilayətlərdə xidmət etmək üçün yaradılmışdır.[216][217] Vilayətlərin başında qubernatorlar, ilçələrin başında isə bələdiyyə başçıları idarəçi olaraq vəzifəlidir. Bələdiyyə başçıları və quberniyayalar isə, mərkəzi hökumət tərəfindən təyin olunan digər yüksəkvəzifəli şəxslərdən asılıdır.[218][219][220]
Türkiyənin paytaxtı Ankaradır. Ölkənin ən böyük inzibati vahidləri ildir və 81 ildən ibarətdir.[221][222] Bu illər ilçələrə bölünmüş, cəmi 923 ilçədən ibarətdir.[223] Həmçinin ölkə coğrafi, demoqrafik və iqtisadi şərtlər göz önünə alınaraq 7 coğrafi region və 21 alt regiona ayrılmışdır, lakin bu bölgələr hər hansı bir inzibati quruluşu təmsil etmir.[224]
Türkiyə, torpağı iki qitədə yerləşən Avrasiya ölkəsidir.[225][226] Ərazisinin 97%-i Asiyada yerləşir və bu hissə Anadolu adlanır. Qalan 3% hissə isə Avropa qitəsində yerləşir və Şərqi Frakiya adlanır. Mərmərə dənizi, Dardanel və Bosfor Anadolu və Şərqi Frakiyanı bir-birindən ayırır.[227][228] Türkiyə xəritəsi kobud düzbucaqlı formasını xatırladır, 1.600 kilometr uzunluğunda və 800 km genişliyindədir. 36°, 42° şimal paralelləri və 26°, 45° şərq meridianları arasında yerləşir.[229] Göllər ilə birlikdə 783.562 km² ərazini əhatə edir. 755,688 km² Asiya ərazisi, qalan 23.764 km² isə Avropa ərazisini təşkil edir.[230] Bu rəqəmlərlə sahəsinə görə dünyanın 37-ci ən böyük ölkəsidir.
Türkiyə, Aralıq dənizi, Şərqi Anadolu, Egey, Cənub-şərqi Anadolu, Mərkəzi Anadolu, Qara dəniz və Mərmərə olmaq üzərə 7 coğrafi regiona bölünmüşdür. Dar bir arx kimi görünən Qara dəniz regionu, Şimali Anadolu boyunca nizamsız olaraq uzanır və ölkənin ümumi ərazisinin altıda birini təşkil edir.[233] Şərqə doğru irəlilənilən zaman düzənlik sahələrin artmasına paralel olaraq hündürlüyün artdığı da görülür.[234] Türkiyə yer formalarının müxtəlifliyi, minlərlə ildir bölgənin ərazisini şəkilləndirən yerin hərəkətliliyinin bir nəticəsidir. Üzərində sönmüş vulkanlar var və zəlzələlər hələ də tez-tez baş verir.[235]Dardanel və Bosfor, ölkədəki qırılma xətlərinin əsas enerji mənbəyidir. Ölkənin şimalında və şərqində zəlzələlərə səbəb olan böyük qırılma xətləri var. 1999-cu ildə Şimali Anadolu qırılma xəttində meydana gələn böyük Mərmərə zəlzələsi minlərlə insanın ölümünə səbəb olmuşdur.[236][237]
Türkiyənin qeyri-adi ekosistemi və yaşayış müxtəlifliyi, ölkədə əhəmiyyətli bir növ müxtəlifliyinin meydana gəlməsinə səbəb olmuşdur. Anadolu torpaqları, əkinçilik üçün istifadə edilməyə başladığı illərdən etibarən bir çox bitkinin vətəni olmuşdur və hal-hazırda bu bitkilər Türkiyədə yaşayan insanlar tərəfindən istifadə edilməkdədir.[238][239] Türkiyə fauna müxtəlifliyi, flora müxtəlifliyindən belə daha çoxdur. Ümumilikdə bütün Avropa ölkələrində heyvan növlərinin sayının 60.000 olmasına baxmayaraq, bu rəqəm Türkiyədə 80.000-dən çoxdur.[240][241]
Türkiyədə üç fərqli iqlim tipinə rast gəlinməkdədir. Ümumiyyətlə Egey dənizi və Aralıq dənizi sahillərində görülən Aralıq dənizi iqlimində yay isti və quru, qışı isti və yağışlıdır. Təbii bitki örtüyü makvisdir. Qara dəniz sahillərində görülən dəniz iqlim tipi hər fəsildə yağıntının müşahidə olunmasına təkan verir.[251] Təbii bitki örtüyü isə meşələrdir. Qara dəniz sahilləri, Türkiyənin il ərzində ən yüksək yağış alan tək bölgəsidir və Şərqi Qara dəniz bölməsi illik 2000–2500 millimetr yağıntı alır.[252]Egey dənizi ilə Qara dənizi birləşdirən Mərmərə dənizinin sahillərində keçid iqlim tiplərinə rast gəlinir. Dənizin cənubunda Aralıq dənizi, şimalda Qara dəniz və şimal-qərbdə isə kontinental iqlim müşahidə olunur. Qar yağışı demək olar ki, hər il Mərmərə və Qara dəniz regionlarıdna müşahidə olunsa da, qar yerdə sadəcə bir neçə gün qalır. Qara dəniz və Aralıq dənizindəki sahillərə paralel olaraq dağlar dənizlərdən gələn mülayim hava kütlələrinin daxili hissələrə çatmasına mane olur.[253]
Mərkəzi Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu regionlarında, kontinental iqlimə rast gəlinir.[254] İllik və gündəlik temperatur fərqləri bu iqlimdə yüksəkdir. Yay ayları isti və quru, qış ayları isə soyuq və qarlı keçir. Şərq hissələrdə qış ayları olduqca sərtdir. Şərqi Anadoluda havanın temperaturu −30 °C və −40 °C qədər enə bilər və ildə ən az 120 gün qarlı keçir. Qərbdə qış temperaturu orta hesabla 1 °C olaraq müşahidə olunur. Yay ayları ölkə boyu isti və quru olsa da, ümumiyyətlə iyul və avqust ən quraq aylardır. May ayı isə ən çox yağıntının alındığı aydır və gün ərzində temperatur 30 °C-dən yuxarı qalxa bilər.
Ünvana əsaslanan əhali qeydiyyat sistemi nəticəsində əldə edilən məlumatlara görə 31 dekabr 2019 etibarilə Türkiyə əhalisi 83 milyon 154 min 997 nəfərdir. Bu rəqəm ilk rəsmi siyahıyaalma edildiyi zaman, 1927-ci ildə 13,6 milyon olmuşdur. 2017-ci ildə bu göstərici 2016-cı ilə nisbətən 995 min çox, ölkənin əhalisinin artım tempi isə 12,4‰ olmuşdur.[256] Əhalinin 92,5%-i il və ilçə mərkəzlərində yaşayır. Türkiyədə hər km² başına ortalama 105 adam düşür. Əhalinin 67,9%-i 15–64 yaş qruplarında, 23,6%-i 0–14 yaş qrupundadır. Əhalinin təqribən 8,5%-i 65 yaş və daha yuxarı yaş qrupunda yer alır.[257]Əhalinin ortalama yaşı 31.4-dür. Türkiyənin ən inkişaf etmiş və ən sıx şəhəri İstanbuldur. Bununla yanaşı, İstanbulAvropanın üçüncü, dünyanın isə ən böyük 34-cü şəhəri statusuna da malikdir.[258][259][260] Türkiyə Konstitusiyasının 66-cı maddəsi, "Türkiyə Respublikasına vətəndaşlıq əlaqəsi ilə bağlı olan" hər kəsi, bir "türk" olaraq adlandırır. Bu səbəblə, Türkiyədə hüquqi mənada türk sözü, bir etnik mənşəyi ifadə etməkdən çox ölkənin vətəndaşı olan hər kəsi ifadə edir. Ölkənin böyük əksəriyyətinin etnik mənşəyi türkdür.[261]CIA-ya əsasən ölkə əhalisindəki Türklərin nisbəti 70–75%, Kondaya əsasən 76% və konsensusa əsasən 77%-dir.[262] Əhalinin etnik yayılmasına aid bir çox məlumatların olmasına baxmayaraq, Türkiyə tərəfindən açıqlanan rəsmi əhali sayıları etnik mənşəyə aid rəqəmlər vermədiyi üçün rəsmi məlumatlar mövcud deyil. Aparılan siyahıyaalmalara görə Türkiyədə albanlar, azərbaycanlılar, ərəblər, bosniyalılar, çərkəzlər, qaraçılar, gürcülər, həmşinlilər, lazlar, pomaklar, suriyalılar və zazalar daxil olmaqla bir çox etnik qrup yaşasa da, ölkədə rəsmi olaraq tanınan azlıqlar yalnız ermənilər, yunanlar və yəhudilərdir. Lozanna müqaviləsi ilə 3 azlıq rəsmən tanınmışdır.[263]
Türklərdən sonra ölkədə yaşayan ən böyük etnik qrup kürdlərdir. Kürdlərin əhalidə nisbəti CIA hesabatına görə 18%, Kondaya görə 15% və konsensusa görə 14% təşkil edir. Kürdlər ölkənin Türkiyə Kürdüstanı olaraq da bilinən şərq və cənub-şərq hissələrində cəmlənmişdir.[264][265][266] Kürd əhalisi Tuncəli, Bingöl, Muş, Diyarbakır, Batman, Şırnak, Bitlis, Mardin, Siirt və Hakkari illərində üstünlük təşkil edirlər.[267] Bundan əlavə, Şanlıurfada əhalinin 47%-ni, Qarsda isə əhalinin 20%-ni təşkil edir. İllərdir daxili miqrasiya ilə kürdlər ölkənin mərkəzində və qərbində yerləşən bütün böyük şəhərlərdə məskunlaşmışdır. Xüsusilə İstanbulda 3 milyona yaxın kürd yaşayır və bu, şəhəri dünyanın ən yüksək kürd əhalisi olan şəhərə çevirir. CIA məlumatlarına görə, türklər və kürdlərdən başqa digər azlıqların nisbəti 7–12%-dir.[268] Üç tanınmış azlıqdan başqa hər hansı bir azlıq üçün müəyyən hüquqlar mövcud deyil. "Azlıq" termini, Türkiyədə həssas bir mövzudur və həssas olmağa davam etməkdədir.[269] Azlıqları qanuni olaraq tanımasa da, dövlət rəsmi TRT kanalına azlıqların danışdığı müxtəlif dillərdə radio və televiziya proqramları hazırlamağa icazə verir. TRT Avaz, Türkiyədə Azərbaycan dilində faəliyyət göstərən dövlət kanallarından biridir.[262][270]
Türkiyə əhalisinin 2,5%-i immiqrantlardan ibarətdir.[271][272] 2015-ci ilin dekabr ayına olan məlumata görə, ölkə 2,5 milyon suriyalı qaçqına ev sahibliyi edir və Türkiyə dünyada ən böyük qaçqın əhalisinə məxsus ölkə statusuna malikdir.[273][274]Suriya Vətəndaş müharibəsindən qaçan bu qaçqınlar, Afət və Təcili Yardım Nazirliyi tərəfindən hazırlanan çadırlarda qonaq edilmiş, bir müddət sonra bir çoxu Türkiyə şəhərlərinə köç edərək normal həyatlarına davam etmişlər.[275][276] Türkiyənin rəsmi dili, eyni zamanda əhalinin 85%-in ana dili olan türkcədir. Əhalinin təxminən 12%-i kürd dilindəana dili kimi danışır. Ərəb və zaza dillərini ana dili kimi danışanların nisbəti 1%-dən çoxdur. Bununla yanaşı, Türkiyədə abaza, abxaz, çərkəz, qaraçı, laz, zaza dilləri təhlükə altındadır.[277][278][279][280]
Türkiyədə səhiyyə xidmətlərinə Sağlamlıq Nazirliyi tərəfindən hazırlanan mərkəzi bir dövlət sistemi ilə nəzarət edilir.[282][283] 2003-cü ildə hökumət, səhiyyə xidmətlərinə ayrılan büdcə nisbətini artıran və əhalinin böyük bir hissəsini sağlam hala gətirməyi məqsəd qoyan geniş əhatəli bir səhiyyə islahatı proqramını təqdim etdi. Türkiyə Statistika Təşkilatı, 2012-ci ildə sadəcə səhiyyə xidmətləri sahəsinə 76.3 milyard TL xərcləndiyini açıqladı. Xidmət haqlarının 79,6%-i İctimai Təhlükəsizlik Təşkilatı tərəfindən, qalan 15,4% isə xəstələr tərəfindən ödənilmişdir.[284][285] 2013 rəqəmlərinə görə Türkiyədə 30.116 səhiyyə qurumu mövcuddur və həkim başına ortalama 573 xəstə düşür.[286] Hər 1000 nəfər əhaliyə isə 2,64 yataq düşür.[287]
Türkiyədə gözlənilən həyat müddəti kişilərdə 71.1 il, qadınlarda 75.2 il olmaqla birlikdə, ümumi əhali ortalamasının gözlənilən həyat müddəti 73.2 ildir. Ölkədə ölümlərə ən çox səbəb olan xəstəliklərdən ilk üçü dövran sistemi xəstəlikləri (39.8%), xərçəng (21.3%) və tənəffüs xəstəlikləridir (9.8%).[287][288][289][290][291][292]
Türkiyədə məktəb təhsil pillələri Təhsil Nazirliyinin tabeliyindədir.[293] Dörd illik ibtidai məktəb, dörd illik orta məktəb və dörd illik lisey daxil olmaqla on iki illik təhsil məcburidir.[294]OECD hesabatlarına görə, ölkədə orta məktəbi bitirməmiş 25–34 yaş qrupundakı insanlar gəlirlərinin orta hesabla 80%-ni orta məktəbi bitirən eyni yaş qrupu həmkarlarından alırlar. Ölkənin əsas təhsil səviyyəsi digər OECD ölkələrindən aşağı səviyyədə keçirilir.[295] Türkiyə, Beynəlxalq Tələbə Qiymətləndirmə proqramı hesabatına görə 34-cü sırada yer alır. Yüksək keyfiyyətli liseylərə daxil olmaq, ölkə daxilində keçirilən tələbə yerləşdirmə imtahanlarının balından asılıdır, buna görə də ölkədə repititor yanına gedən şagirdlərin ortalama yaşı 10-a düşmüşdür.[296] Yetkin əhalinin 94,1%-i oxuma-yazma qabiliyyətlərinə malikdir. Türkiyədə kişi əhalinin savadlılıq səviyyəsi 97,9%, qadın əhalinin isə savadlılıq səviyyəsi 90,3% təşkil edir.[297][298]
2017-ci il hesabatına əsasən Türkiyədə özəl və dövlət olmaq üzərə 183 ali təhsil müəssisəsi fəaliyyət göstərir.[299] Tələbələr bakalavr üçün — YGS, magistratura üçün — LYS imtahanları nəticəsində qazandıqları ballarla universitetlərdə təhsil almaq hüququ əldə edirlər.[300] 2007-ci ildə universitetə qəbul imtahanında 1.700.000 nəfər iştirak etsə də, 2008-ci ildə bu rəqəm 600.000-ə düşmüşdür.[301][302][303]Anadolu Universitetinin açıq təhsil fakültəsi istisna olmaqla, bütün universitet və onlara bağlı fakültələrə giriş, orta məktəb məzunlarının YGS-LYS nəticələrindən asılı olaraq formalaşır.[304]Times Higher Education World University Rankings hesabatına əsasən 2014-cü ildə dünyanın ən yaxşı universitetləri siyahısında ilk 200 yerdə Türkiyənin 4 universiteti iştirak etdi. Siyahıda Yaxın Şərq Texniki Universiteti 85-ci, Boğaziçi Universiteti 139-cu, İstanbul Texniki Universiteti 165-ci, Sabancı Universiteti 182-ci sırada yer aldı.[305][306]
Türkiyə rəsmi dini olmayan dünyəvi dövlətdir.[307][308] Din və vicdan azadlığı ölkə konstitusiyası ilə təmin edilir.[309] Ancaq ölkədə müxtəlif İslam partiyalarının qurulması ilə dinin idarədəki rolu ilə bağlı müzakirələr başladı.[310][311][312] Ölkədəki dövlət qurumlarında və məktəblərdə uzun illərdir İslam siyasətinin simvolu sayıldığı üçün hicab taxmaq qadağan olmuşdur.[313][314][315] Lakin bu qadağa 2011-ci ildə universitetlərdə, 2013-cü ildə dövlət qurumlarında və 2014-cü ildə ümumtəhsil məktəblərində ləğv edildi.[316][317]İslam dini Türkiyədə dominant dindir və müxtəlif məlumatlara görə əhalinin 99,8%-i müsəlmandır.[318] Ancaq bu rəqəm hər mənbəyə görə dəyişir və adətən 96,4% olaraq göstərilir. Ortaq təriqət sünni məzhəblərindən olan hənəfilikdir. Ölkədəki ən yüksək dini orqan Dəyanət İşləri üzrə Nazirlikdir və hənəfi məzhəbinin qaydalarına görə dini islahatlar keçirir.[319][320][321][322] Həmçinin nazirlik, ölkədə fəaliyyət göstərən 80 mindən çox məscid və imam üçün məsuliyyət daşıyır.[323] Bundan əlavə, ölkədə şiəlik də yayğındır və alimlər şiələrin sayının 15–20 milyon arasında olduğunu söyləyirlər.[324][325] 2008-ci ildə köhnə Diyanət İşləri üzrə Dövlət Naziri və Diyanət İşləri Başçısı Mustafa Səid Yazıcıoğlunun Türkiyədə 7 milyon şiə olduğu təxmin edildiyi fikrini irəli sürmüşdür.[326] "Aksiyon" jurnalının məlumatlarına görə, ölkə əhalisinin 3 milyonu (4.2%) şiə on ikicilərdən ibarətdir.[327][328]Təsəvvüflə əlaqəli olanlar da var və əhalinin 2%-i heç bir təriqətlə əlaqəsi olmayan müsəlmanlardır.[329] 1914-cü ildə Türkiyənin qeyri-müsəlman əhali nisbəti 19% olmuşdur, 1927-ci ildə bu say 2,5%-ə enmişdir. Bu gün ölkədə yunan katoliklər də daxil olmaqla müxtəlif məzhəblərdən olan 120.000 xristian var və bu rəqəm Türkiyə əhalisinin 0,2%-dən daha azdır. Ölkədə açılmış kilsələrin sayı 236-dır.[330][331][332] İstanbul 4 əsrdən bəri Şərqi pravoslav kilsəsininmərkəzi olmuşdur.[333][334]
Türkiyədə səfərad mənşəli 26.000 yəhudi yaşayır.[335]E.ə V əsrdən bəri Anadoluda yəhudi icmaları məskunlaşmağa başladıqdan sonra XV əsrin sonlarında İspaniyadan qovulmaqla Osmanlı İmperiyasında ispan və portuqal yəhudilərin məskunlaşmasına icazə verildi.[336] Beləliklə, Anadoluda yəhudi əhalisi artdı. XX əsrdə yəhudilərin ölkədən sürətlə miqrasiyaya baxmayaraq, bu gün də çox az yəhudi əhalisi Türkiyədə yaşayır.[337][338][339]
Türkiyə, ÜDM (AQP) sıralamasında 13-cü, ÜDM (nominal) sıralamasında isə 17-ci sırada yer alır.[340][341]OECD və G-20 kimi əsas iqtisadi təşkilatların təsisçilərindən biridir.[342] 1995-ci ildə fəaliyyətə başlayan Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin idxal və ixracının yüksək dərəcədə artmasına təsir göstərmişdir.[343]Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin xarici ticarət siyasətinin ən əhəmiyyətli təşkilatlarından biridir. 2014-cü ildə Türkiyə ixracatı, əvvəlki ilə nisbətən 4% artım ilə 157,6 milyard dollara çatmışdır.[344][345] Ən çox məhsul ixrac olunan ölkələr Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa olmuşdur. Bununla birlikdə, eyni ildə 242,2 milyard dollarlıq idxal səbəbilə 84.5 milyard dollarlıq xarici ticarət kəsiri yaranmışdır. Bu göstərici bir il əvvəl 99,8 milyard dollar olmuşdur. 2014-cü ildə ən çox idxalat müvafiq olaraq Çin, Almaniya, Rusiya və ABŞ-dən olmuşdur.[346][347][348] Türkiyə nəhəng avtomobil sənayesinə sahibdir.[349]
2013-cü ilin məlumatlarına görə, ən çox avtomobil istehsal edən ölkələr arasında ölkə 17-ci yerdədir.[350] Türkiyə 2014-cü ildə gəmi inşaatından 1,2 milyard dollar gəlir əldə etmişdir. Bu sahədə ölkənin ən böyük bazarları Malta, Norveç, İngiltərə və Marşall adalarındadır. 2012-ci ilin məlumatlarına görə, 87 aktiv türkgəmiqayırma zavodu fəaliyyət göstərir.[351]Tuzla, Yalova və İzmit gəmiqayırma sənayesinin əsas mərkəzləridir.[352]Beko və Vestel kimi məşhur türk markaları, Avropanın ən böyük məişət cihazları və elektronik məhsulları istehsal edən şirkətlərindən olmuş və bu sektorların inkişafı, yeni texnologiyaların təkmilləşdirilməsi üçün əhəmiyyətli investisiyalar qoymuşdur.[353][354][355]
Türkiyə iqtisadiyyatının digər vacib sahələri arasında bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma yer alır.[356][357] 2013-cü il məlumatlarına görə Türkiyə ÜDM-sinin 8,9%-i kənd təsərrüfatı, 27,3%-i sənaye və 63,8%-i xidmət sahələri olmuşdur.[358][359] Bu göstəricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır. 2012-ci il hesabatına görə, işləyən əhalinin yalnız 30%-i qadınlardan ibarətdir ki, bu da OECD üzvü ölkələr arasında ən aşağı göstərcidir. Türkiyədəki ən varlı təbəqənin gəliri, ən yoxsul təbəqənin gəlirindən 7.7 qat daha çoxdur. Əhalinin 15%-i yoxsulluq həddində yaşayır.[360][361][362]
Birinci Dünya Müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yaranan respublikanın ilk altmışıncı illəri — 1923–1983-cü illər arasında dövlət iqtisadiyyatı pis vəziyyətdə olmuşdur.[363][364] Özəl sektor, xarici ticarət, xarici valyuta axını və birbaşa xarici investisiyanın miqdarı kimi mövzularda müxtəlif məhdudiyyətlər qoyuldu və büdcə planları elan edildi. Ancaq 1983-cü ilə qədər baş nazirTurqut Özal özəl sektoru ön plana çəkən bir sıra islahatlara başladı.[365]
Dövlət borcunun çox olması ilə yanaşı, keçirilən islahatlar sürətli iqtisadi inkişafa yol açdı, lakin 1994 və 1999-cu illərdə maliyyə böhranları səbəbiylə iqtisadiyyatda düşüşlər yaşandı.[366] 1981–2003-cü illər arasında ölkənin ÜDM-nin illik orta artımı 4% səviyyəsində müəyyən edilmişdir.[367] Maliyyə çatışmazlığı və geniş yayılmış korrupsiya ilə yanaşı, əlavə maliyyə islahatlarının olmaması, yüksək inflyasiya və zəif bank sektoru makroiqtisadi dəyişkənliyin artmasına səbəb oldu. 2001-ci il böhranından sonra dövrün maliyyə naziri Kamal Dərviş tərəfindən tərtib edilmiş islahatların nəticəsi olaraq inflyasiya hədsiz dərəcədə azalmış, investorlar tərəfindən xarici sərmayələr artmış, işsizlik nisbəti kəskin azalmışdır.[368][369]
Xarici ticarət üzərində dövlət nəzarətini azaldan Türkiyə tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açaraq, xalqa məxsus müxtəlif qurumları özəlləşdirməyə başladı. Dövlət borcunun ÜDM-ə nisbəti 2001-ci ildə tənəzzül səviyyəsindən aşağı düşsə də, 2010-cu ilin üçüncü yarısında 46%-ə yüksəldi.[370] 2002–2007-ci illər arasında illik ÜDM artım tempi orta hesabla 6,8% olaraq təyin olunmuşdur. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevrildi.[371] Ancaq 2008-ci ildə böyümə 1% yavaşladı və 2009-cu ildə qlobal iqtisadi böhran 5% nisbətində iqtisadiyyatın tənəzzülünə təsir etdi. 2010-cu ildə ölkə iqtisadiyyatının təxminən 8% böyüdüyü hesabat edildi.[372][373]
2000-ci illərin əvvəllərində ölkədə yüksək inflyasiya nəzarət altına alındı və bu yeni bir valyutanın meydana çıxmasına səbəb oldu. Yeni türk lirəsi (YTL) 1 yanvar 2005-ci ildə qüvvəyə mindi.[374][375][376][377] 1 yanvar 2009-cu ildə yeni əsginas və sikkələrin tətbiqi ilə Yeni Türk Lirəsi, Türk Lirəsi ilə əvəz edildi. 2012-ci ildə ölkədə inflyasiya səviyyəsi 6,16%, işsizlik səviyyəsi isə 9,2% olaraq təyin olundu.[378][379][380][381]
İstanbulun üçüncü beynəlxalq — İstanbul Hava Limanı, 150 milyon sərnişinə xidmət etmək imkanına malik dünyanın ən böyük hava limanlarından biridir.[388] 1933-cü ildən bəri Türkiyənin bayraq daşıyıcısı olan Türk Hava Yolları, Skytrax tərəfindən 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə ardıcıl olaraq beş dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilmişdir.[382][383][389] Dünyanın 126 ölkəsində 435 istiqamət (51 yerli və 384 beynəlxalq) ilə Türk Hava Yolları 2016-cı ilə qədər xidmət etdiyi ölkələrin sayına görə dünyanın ən böyük hava yollarışirkəti seçilmişdir.[390][391]
2014-cü ildə ölkədə 65.623 kilometr uzunluğunda avtomobil yolu şəbəkəsi mövcud olmuşdur.[392] 2.133 kilometr elektrikləşdirilmiş və 457 kilometr yüksəksürətli dəmiryol xətləri də daxil olmaqla dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 10.991 kilometr təşkil etmişdir.[393][394]Türkiyə Dövlət Dəmir Yolları 2003-cü ildən başlayaraq yüksəksürətli dəmiryol xətləri çəkməyə başlamışdır.[395]Ankara-Konya xətti 2011-ci ildə, Ankara-İstanbul xətti isə 2014-cü ildə istifadəyə verilmişdir. 2013-cü ildə Bosfor altında İstanbulun Avropa və Asiya hissələrini birləşdirən Marmaray tunel dəmir yolu xətti istifadəyə verilmişdir. 2016-cı ildə istifadəyə açılmış Avrasiya tuneli isə nəqliyyat vasitələri üçün yeraltı yol xətti təqdim edir. 1973-cü ildə Bosfor körpüsü, 1988-ci ildə Fateh Sultan Mehmet körpüsü və 2016-cı ildə istifadəyə açılmış Yavuz Sultan Səlim körpüsüBosfor üzərindən İstanbulun Avropa və Asiya sahillərini birləşdirən üç asma körpüdür. 2016-cı ildə istifadəyə açılmış Osman Qazi körpüsüİzmit körfəzininşimal və cənub sahillərini birləşdirir. Hazırda qurulan Çanaqqala körpüsü, DardanelinAvropa və Asiya sahillərini birləşdirəcəkdir.[396] Bir çox təbii qaz boru kəməri ölkə ərazisindən keçir. Dünyanın ikinci ən uzun neft boru kəməri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 10 may 2005-ci ildə istifadəyə açılmışdır.[397]Mavi axın, böyük trans-Qara dəniz qaz kəmərləri ilə Rusiyadan Türkiyəyə təbii qaz daşınır. İllik gücü 63 milyard kubmetr olan Türk axını boru kəməri, Nabukko qaz kəməri ilə Avropanın Rusiya enerjisindən asılılığını azaldarkən, Türkiyəyə Rusiya qazının Avropaya satılmasına imkan yaradır.[398]
42,3 milyon aktiv istifadəçisi olan Türkiyə interneti, Freedom House indeksində "Azad deyil" olaraq qiymətləndirilmişdir.[399] Türkiyə hökuməti Facebook, Twitter, YouTube və Vikipediya kimi böyük veb saytları daim mühasirəyə alır. Twitterin şəffaflıq hesabatına görə, Türkiyə sosial media senzurasında qlobal liderdir.[400][401][402][403][404] 2018-ci il hesabatına görə, Türkiyə ildə 1700 teravatt saat (TW/s) ilkin enerji istifadə edir.[405] Türkiyədəki kömür, istixana, fabrik tullantılarının dünya səviyyəsinin 1%-ni təşkil etməsi, ölkə enerji siyasətinəqalıq yanacaq idxalının azaldılmasını daxil etməyi məcbur hala gətirmişdir.[406] Türkiyədə bərpa olunan enerji mənbələri günü gündən artır. Hal-hazırda Aralıq dənizi sahilində Akkuyu Nüvə Elektrik Stansiyası tikilir. Türkiyə dünyada geotermal enerjinin birbaşa istifadəsinə görə beşinci yerdədir.[407]
Türkiyədə su təchizatı və kanalizasiya sistemi çətinliklərlə xarakterizə olunur. Son onillik ərzində demək olar ki əhalinin hamısı içməli suya sahibdir. Türkiyənin 16 böyük şəhərində avtonom kommunal xidmətlər yaradıldı, xərclərin bərpası artırıldı və bu da xidmət təminatının davamlılığına zəmin yaratdı.[408][409][410] 2004-cü ildə kanalizasiya vasitəsilə toplanan çirkab sularının 61%-i təmizləndi. Digər problemlərin həllərinə çirkab suların təmizlənməsini daha da artırmaq, suyun lazımsız istifadəsinin qarşısını almaq və kənd yerlərində adekvat sanitariya imkanlarını genişləndirmək aiddir. Sektorda Avropa standartlarına uyğun olmaq üçün tələb olunan sərmayənin, xüsusən çirkab suların təmizlənməsi, ildə 2 milyard avro səviyyəsində olduğu, mövcud investisiya səviyyəsindən iki qat çox olduğu təxmin edilir.[411]
TÜBİTAK, Türkiyədə elm və texnologiyanı inkişaf etdirən aparıcı agentlikdir. TÜBA, Türkiyədə elmi fəaliyyətini tanıtmaq üçün fəaliyyət göstərən özəl elm cəmiyyətidir.[412]TAEK isə Türkiyənin rəsmi nüvə enerji qurumudur. Qurumun məqsədi nüvə enerjisi sahəsində akademik tədqiqatlar aparmaq, dinc nüvə alətlərinin inkişafına təkan vermək və onları tətbiq etməkdir.[413][414]
Türkiyədə turizm sektoru, XXI əsrdə demək olar ki hər il daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, hazırda "Evim Türkiyə" adı altında Türk turizmini təbliğ edir.[429] Türkiyə, son illərdə ən çox xarici qonağı Almaniya və Rusiyadan qəbul etmişdir. Azərbaycan isə bu siyahıda 901,723 turist ilə 10-cu sırada yer almışdır. 2018-ci ildə Türkiyə beynəlxalq turist ziyarətlərinin sayına görə 45,8 milyon xarici turist ilə dünyada 6-cı yeri tutdu.[430]
Turizmin ən yüksək inkişaf etmiş bölməsi sahil turizmidir. Sahil turizminə dəniz, çimərlik, günəş, biomüxtəliflik və dəniz məhsulları daxildir.[435] Çimərliklərdə və otellərdə su idman növləri, gəmi gəzintiləri, tibbi xidmətlər və restoranlar təşkil edilir.[436][437] Avropa turistlərinin 63%-i dəniz sahillərinə daha çox üstünlük verir. Türkiyənin cənub və qərb əraziləri — Aralıq dənizi və Egey sahilləri turistlər tərəfindən xidmət və keyfiyyətinə görə ən çox seçilən turistik məkanlardan biridir. İkinci sırada isə Türkiyənin şimal əraziləri — Qara dəniz və Mərmərə dənizinin sahilləri yer alır.[438][439][440] Qara dəniz sahillərinin iqlimi sahilyanı turizmin inkişafı üçün uyğun deyil. Qara dəniz sahilyanı ərazilər üçün turizmin qarşısını, yay yağışları səbəbilə nisbi rütubətin 70%-dən çox olması, alır.[441][442][433]Aralıq dənizi iqliminin üstünlük təşkil etdiyi Egey və Aralıq dənizi sahillərində, rütubət 70%-dən aşağıdır. Egey və Aralıq dənizi sahillərində hava istiliyi səbəbindən dəniz suları ideal istilikdə olur. Körfəzlərin ölkənin böyük bir hissəsini əhatə etməsi sahil turizminin inkişafına öz töhfəsini verir. Körfəz sahillərində böyük otellər və kurort məskənləri inşa edilmişdir.[443][444]
Sahil turizminin mühüm meyarlarından biri də mavi bayraq göstəricisidir. 2014-cü ildə Türkiyə dünyada ən çox mavi bayraq çimərliyinə sahib 3-cü ölkə olmuşdur. 2015-ci ildə siyahıda 2-ci sıraya yüksəlmişdir. İspaniya 578 çimərlik ilə 1-ci, Türkiyə 436 çimərlik ilə 2-ci, Yunanıstan isə 395 mavi bayraqlıçimərlik ilə 3-cü sırada yer almışdır.
Türkiyə, Oğuz, Anadolu, Osmanlı və Qərb mədəniyyətləri ilə qarşılıqlı əlaqədə mövcud olan zəngin mədəniyyətə sahibdir.[445] Səlcuqlu və Osmanlı dövründə yaranmış adət və davranış nümunələri də qorunub saxlanılmaqdadır. Nənə və babaların adları adətən nəvələrə verilir.[446][447][448] Bir çox bölgədə hər adın bir mənası var.[449] Gündəlik həyatda milli təqvim istifadə olunur. Ancaq mədəni həyat İslamın sivilizasiyası ilə bir-birinə qarışdığından, hicri təqvim adları daim qorunub saxlanılır. Rəcəb, Şaban, Ramazan ən çox qoyulan dini adlardır.[450][451][452][453] Türklər çadır qəsəbələrindən şəhərlərə, taxta evlərdən mənzillərə, kəndlərdən şəhərlərə köçmüşdür.[454] Qərb geyimləri geniş yayılsa da, köhnə geyim mədəniyyəti hələ də davam edir.[455][456][457][458] Qida mədəniyyəti ətdən ibarətdir və bitki, süd, çörək, bal, balıq, yumurta və qatıq əsas qidalardır. Toxuculuq, dülgərlik, dərzilik ən çox görülən sənətlərdir. Çarşılardan marketə, bazarlardan supermarketə qədər gündəlik alış-veriş mədəniyyəti daim inkişaf edir. Ən müasir nəqliyyat vasitələri quru, hava, dəniz və dəmir yolları vasitələridir. Şəhərlərarası inkişaf etmiş avtomobil yolları və dəmir yolları mövcuddur.[459][460]
Xalçaçılıq İslam dini yayılmamışdan əvvəl də ənənəvi bir sənət olmuşdur.[473][474][475] Uzun illər boyunca davam edən toxunulmuş xalçaçılıq sənətkarlığı müxtəlif mədəni ənənələri özündə cəmləşdirmişdir. Türk xalçalarındaBizans üslublarının izləri aşkar edilmişdir. Orta Asiyadan köç edən türk xalqları, Qafqaz və kürd tayfaları Anadoluya köçərkən öz xalçaçılıq mədəniyyətlərinin Anadolu mədəniyyətləri ilə qarışmasına səbəb olmuşdur.[476] Daha sonradan, İslam dinin yayılması və İslam sənətinin inkişafı türk xalça dizaynına da təsir etmişdir. Türk dilində ebru adlandırılan türk kağız sənətinin ən qədim nümunəsinin şair Arifinin "Halnamə" əsərinə aid olduğu bildirilir.[477][478][479][480]
Türk ədəbiyyatı türk mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır. İslam və Avropa mədəniyyətlərinin qarşılıqlı əlaqəsi, türk ədəbiyyatına böyük miqdarda təsir etmişdir.[481] Türk ədəbiyyatının Osmanlı dövrünə aid bir çox əsərləri fars və ərəbədəbiyyatından təsirlənmişdir. Tənzimat islahatları, əvvəllər məlum olmayan qərb janrlarını, ilk növbədə roman və sərbəst şeirlərin yayılmasına səbəb oldu.[482]
Tənzimat dövründəki yazıçıların çoxu eyni janrlarda əsərlər yazmışdır. Şair Namiq Kamal 1876-cı ildə yazılmış "İntibah" romanını, İbrahim Şinasi isə 1860-cı ildə ilk müasir türk pyesi olan "Şairin evliliyi" əsərini yazmışdır.[483][484] Müasir türk ədəbiyyatının köklərinin əsası 1896–1923-cü illər arasında qoyulmuşdur. Türk ədəbiyyatı tarixində 3 mühüm cərəyan: Ədəbiyyat-i Cadidə, Fəcr-i Ati, və Milliy Ədəbiyyat olmuşdur. XX əsr türk poeziyasında ilk radikal addım sərbəst şeir tərzini təqdim edən Nazim Hikmət tərəfindən atılmışdır. Türk poeziyasında başqa bir inqilab 1941-ci ildə Orxan Vəli, Oktay Rüfət və Melih Cevdətin başçılıq etdiyi Garip hərəkatı ilə baş tutmuşdur.[485]
Türk teatrının mənşəyi qədim bütpərəst rituallara və şifahi əfsanələrə əsaslanır.[486][487] Min illər əvvəl Anadolu sakinlərinin mərasimləri zaman nümayiş edilən rəqslər, musiqi və mahnılar ilk şouların yaranmasına təkan verən elementlərdir.[488] Zamanla qədim rituallar, miflər, əfsanələr və hekayələr teatr şoularına çevrildi. XI əsrdən başlayaraq Səlcuqlu türklərinin ənənələri yerli Anadolu xalqlarının ənənələri ilə qarışdı və müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi yeni pyeslərin yaranmasına yol açdı.
Türkiyənin müxtəlif bölgələrindən gələn mühacirlərin Türkiyə torpaqlarında məskunlaşması ilə musiqi janrları və musiqi alətlərinin müxtəlifliyi genişləndi.[496][497][498] Mühacirlərin musiqi mədəniyyətlərinə əsaslanaraq Türkiyədə yunan, erməni, alban, polyak, azərbaycanlı və yəhudi icmalarının etnik üslublarında yayımlanan pop musiqiləri yayılmağa başladı. Türkiyənin bir çox şəhər və qəsəbələrində bir sıra regional musiqi üslubunda musiqi yazan yerli musiqi səhnələri yaranmağa başladı.[499] Buna baxmayaraq, qərb pop musiqisi 1970–1980-ci illərin sonlarında öz populyarlığını arabesk musiqiyə buraxdı, lakin qərb pop musiqisi 1990-cı illərin əvvəllərində yenidən məşhurlaşmağa başladı.[500][501][502][503]Sezən Aksunun dəstəyi ölkədə pop musiqisinin populyarlığının artması, Tarkan və Sərtab Ərənər kimi bir sıra beynəlxalq miqyasda tanınan türk ulduzlarının meydana çıxmasına səbəb oldu.[504] 1990-cı illərin sonu, pop və arabesk janrlarından fərqli olaraq, türk alternativ rok musiqisi, elektron musiqi, hip-hop, rap və rəqs musiqiləri də yaranmış və qısa zamanda ölkədə məşhurluq qazanmışdır.[505]
Türkiyə ərazisində şənliklərdə, məclislərdə, toylarda türk xalq rəqsləri geniş yayılmışdır. Türkiyədə müxtəlif formalarda ifa olunan bir çox müxtəlif xalq rəqsləri var və onlar hər bölgənin mədəni quruluşunu əks etdirir. Ərzurumda "Bar", şərq və cənub-şərqdə "Halay", Frakiyada "Hora", Qara dənizdə "Horon", Konya və ətraf ərazilərdə "Qaşıq oyunları", Qars və Ardahanda "Ləzginka" məlum nümunələrdir.[506][507][508][509]
1923-cü ildən bəri Türkiyə ərazisində memarlıq daim inkişaf etmişdir.[510][511] Mövcud memarlıq, müəyyən dövrlərdə respublika tarixində yaşanan ziddiyətlərdən formalaşmışdır. Bu ziddiyyətlərdən ən əhəmiyyətlisi, xüsusən respublikanın ilk dövrlərində ortaya çıxan şərq-qərb dilemmasıdır.[512] Bundan əlavə, milli-beynəlxalq, ənənəvi-modern, dini-dünyəvi və fərqli siyasi görüşlər kimi dilemmalar da memarlıq təcrübələrinin gedişatına təsir göstərmişdir.[53][513][514][515]
XVIII əsrdən bəri türk memarlığına Avropa üslubları təsir etmişdir. Bu təsirləri əsasən İstanbulunDolmabağça, Çırağan, Fəriyyə, Bəylərbəyi, Küçüksu, İhlamur və Ulduz saraylarında görmək mümkündür.[516] Türkiyənin qurulduğu ilk illərdə memarlığın inkişafına dəstək verən burjuaziya olmamışdır. Bu səbəblə Osmanlı İmperiyası dövründə elitist məzmunu olan və yalnız saraya bağlı olan memarlar, memarlıqla məşğul ola bilərdi. Bu vəziyyət 1950-ci illərdən bəri dəyişməyə başlasa da, özəl sektorun, memarlığın inkişafı və üstünlük təşkil etməsi xeyli sonra baş vermişdir.[517][518][519]
Türk memarlığı, Osmanlı memarlığının ilk dövrü ilə olduqca oxşardır. 1920-ci illərdə ilk milli memarlıq hərəkatı ilə xüsusi inkişaf müşahidə olunmuşdur. 1930–1940-cı illərdə əsasən Almaniya, Avstriya və İsveçrədən bir çox memar dəvət edilmiş və yeni məscidlər, ictimai binalar tikilmişdir.[520] 1940-cı ildə başlayan II Dünya Müharibəsindən sonra xarici aləmdən təcrid olunmuş Türkiyədə memarlıq tənəzzülə uğramış və bu vəziyyət 1950-ci ilə, ikinci milli memarlıq hərəkatına qədər, təsirli olmuşdur. Bu dövr, Türkiyədə tək partiyalı hakimiyyət ilə paralel olaraq bitmişdir.[521]
1980-ci ilin yanvar ayında baş nazir Süleyman Dəmirəl, Türkiyə iqtisadiyyatını ixracatlı böyüməyə istiqamətləndirmək üçün Turqut Özalın hazırladığı geniş məqsədyönlü islahat proqramını həyata keçirməyə başladı.[528][529] Bu islahatlar tikinti sənayesinə və memarlığa müsbət təsir göstərdi.[530]Prefabrikasiya və şəffaf fasad kimi yeni üsullar 1980-ci illərdə Türk memarlarına və podratçılarına təqdim edildi. Bundan əlavə, polad, alüminium, plastik və şüşə istehsalı artdı, bu da memarların kobud tikili formalarından azad olmasına imkan yaratdı.[531][532][533][534] 1980-ci illərdə memarlıq və tikinti sahəsində hökumət aparıcı rol oynayırdı.[535][536] Lakin iqtisadiyyatın liberallaşdırılması özəl sektorun aparıcı təsirə çevrilməsinə imkan yaratdı. Bu dövrün görkəmli memarlarına Bəhruz Çinici, Merih Qaraslan, Sevinc Hadi, Şandor Hadi, Ersən Gürsəl, Mehmet Çubuq, Doğan Təkəli, Sami Sisa, Əmrə Arolat, Murat Tabanlıoğlu, Melkan Tabanlıoğlu, Hüsrev Tayla, Doğan Hasol, Atilla Yücəl, Səma Soygeniş daxildir.[537][538][539][540][541]
Türk mətbəxi əsasən Osmanlı mətbəxinin mirasıdır. Türk mətbəxi, Çin və Fransız mətbəxləri ilə birlikdə dünyanın ən zəngin mətbəxlərindən biridir.[542][543][544][545] Türk mətbəxi Mesopotamiya və Balkan mətbəxləri ilə əlaqəli olmuş, İstanbul Osmanlı Sarayı mətbəxi Türk mətbəxinin əhəmiyyətli bir hissəsini təşkil etmişdir. Osmanlı Sarayı mətbəxində müxtəlif növ şorba, salat, ət yeməkləri və desert menyusu mövcud olmuşdur. Saray mətbəxi Bizans İmperiyasından Osmanlı İmperiyasınadək müxtəlif əsrlərin zövqü və təcrübəsi ilə yaradılan elit bir mətbəxdir. O dövrdə xalq mətbəxi sadə olmuşdur.[546][547][548][549] Bu gün Osmanlı Sarayı və xalq mətbxinin qarışığı olan bir Türk mətbəxi meydana gəldi. Həmçinin, Türk mətbəxi regionlara görə də fərqlənir. Qaradəniz mətbəxi, Cənub-qərb mətbəxi, Orta Asiya mətbəxi kimi bir çox region mətbəxləri özlərinə aid çoxsaylı və fərqli yeməklərə sahibdirlər.[550][551][552][553]
Şorbalar xüsusilə qış aylarında türk mətbəxinin əvəzedilməz parçası hesab olunur. Mərcimək şorbası, Ezogəlin şorbası və Tarhana şorbası ən çox istifadə edilən şorbalardır.[554][555] Ancaq Türk mətbəxindəki şorbalar bununla bitmir.[550][556]Ətlər, tərəvəzlər ve paxlakimilər şorbaların əsas inqredientləridir. Ət suyu, un, yoğurt və şəhriyə bu ərzaqları şorba halına gətirmək üçün istifadə edilir. İşgəmbə şorbasının alkoqol qəbulu zamanı yaranan baş ağrılarına yaxşı gəldiyi düşünülür. Bundan istifadə edən restoranlar adətən axşam saatlarında işgəmbə şorbasını servisinə başlayırlar.[557][558]
Ənənəvi bir türk idman növü olan güləşin ən əhəmiyyətli qolu olan Kırkpınar yağlı güləşidir.[571][572] Türklərin e.ə. IV əsrdən bəri güləş idman növünə xüsusi maraqları olduğu məlumdur.[573][574] Bahar aylarında təbiətin canlanması, evlilik mərasimləri və qələbə şənliklərində güləş yarışları keçirildi. 1996-cı ildə Ənənəvi İdman Federasiyası qurulmuş və yağ güləşi üçün əhəmiyyətli bir addım atılmışdır.[575][576][577][578]
Yüzlərlə televiziya kanalı, minlərlə yerli radio stansiyası, onlarla qəzet, milli kino və genişzolaqlı İnternet istifadəçilərinin sürətli artımı, Türkiyədə inkişaf etmiş mediya sənayesini təşkil edir.[579] Televiziya izləyicilərinin əksəriyyəti TRT dövlət kanalları, Kanal D, Show TV, ATV və Star TV kimi əyləncə kanalları arasında paylanılır. Peyk antenası və kabel televiziyası vasitəsilə yayım Türkiyənin bütün ərazisini əhatə edir.[580]Radio və Televiziya Ali Şurası (RTÜK) telekanalların yayım məzmunlarına nəzarət edən hökumət orqanıdır. Dövriyyəsi ən populyar olan Posta, Hürriyət, Sözcü, Sabah və Habertürk qəzetləridir.[581][582][583][584]
Türkdram filmləri getdikcə Türkiyənin hüdudlarından kənarda da populyarlaşır və həm mənfəət, həm də ictimaiyyətlə əlaqələr baxımından ölkənin ən vacib ixracatlarından biridir.[585] Son 10 ildə Yaxın Şərq televiziya bazarını ələ keçirdikdən sonra, 2016-cı ildə Cənubi və Mərkəzi Amerika ölkələrində də məşhurluq qazanmışdır. Türkiyə bu gün dünyanın ən böyük ikinci teleserial ixracatçısıdır.[586][587][588][589][590]
Qanuni müddəalara baxmayaraq, Türkiyədə mediya azadlığı 2010-cu ildən bəri davamlı olaraq pisləşmiş, 15 iyul 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra bu səviyyə maksimuma çatmışdır.[598] 2016-cı ilin dekabr ayına olan məlumatlara görə, Türkiyədə ən azı 81 jurnalist həbs həbs edilmiş, 100-dən çox xəbər mərkəzi bağlanmışdır. Freedom House Türkiyə mediyasını "Qeyri-azad" kimi qiymətləndirmişdir. İnternet senzurasına, 29 aprel 2017-ci il və 15 yanvar 2020-ci il arasında davam edən Vikipediya bloklanması da daxildir.[599][600][601]
↑Zdanowski, Jerzy. Middle Eastern Societies in the 20th Century. Cambridge Scholars Publishing. 2014. səh. 11. ISBN978-1-4438-6959-1. The Republic of Turkey lies on two continents. Approximately 97% of it is in Asia, in the geographical regions known as Asia Minor and the Armenian Upland. The remaining 3% of Turkey is in Europe, on the Balkan Peninsula.
↑National Geographic Atlas of the World (7th). Washington, D.C.: National Geographic Society. 1999. ISBN0-7922-7528-4. "Europe" (pp. 68–69); "Asia" (pp. 90–91): "A commonly accepted division between Asia and Europe … is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
↑Scharlipp, Wolfgang (2000). An Introduction to the Old Turkish Runic Inscriptions. Verlag auf dem Ruffel., Engelschoff. ISBN3-933847-00-1, 9783933847003.
↑Daniel C. Waugh. "Constantinople/Istanbul". University of Washington, Seattle, Washington. 2004. 2006-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2006.
↑Faroqhi, Suraiya. Crisis and Change, 1590–1699 // İnalcık, Halil; Donald Quataert (redaktorlar ). An Economic and Social History of the Ottoman Empire, 1300–1914. 2. Cambridge University Press. 1994. səh. 507. ISBN978-0-521-57456-3.
↑Gerhard Bowering; Patricia Crone; Wadad Kadi; Devin J. Stewart; Muhammad Qasim Zaman; Mahan Mirza. The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. 2012. səh. 49. ISBN978-1-4008-3855-4. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2013. Following the revolution, Mustafa Kemal became an important figure in the military ranks of the Ottoman Committee of Union and Progress (CUP) as a protégé ... Although the sultanate had already been abolished in November 1922, the republic was founded in October 1923. ... ambitious reform programme aimed at the creation of a modern, secular state and the construction of a new identity for its citizens.
↑League of Nations Treaty Series, bur. 173, səh. 214–241.
↑Turkish Directorate General of Press and Information. "Turkish Constitution". Turkish Prime Minister's Office. 17 oktyabr 2001. 3 fevral 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2006.
↑Turkish Directorate General of Press and Information. "Political Structure of Turkey". Turkish Prime Minister's Office. 24 avqust 2004. 3 fevral 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2006.
↑Eder, Mine. Turkey // Lust, Ellen (redaktor). The Middle East (14). CQ Press. 2016. ISBN978-1-5063-2930-7. The Turkish military responded with a ferocious counterinsurgency campaign that led to the deaths of nearly 40,000 people, most of them Turkish Kurdish civilians, and the displacement of more than three million Kurds from southeastern Turkey.
↑Ulusoy, Erol. "Modern Türk Hukunun Oluşumu ve Gelişimi Tarihçesi". archiv.jura.uni-saarland.de. Rechtsanwalt und Dozent an der Universität Marmara in Istanbul (Lehrbeauftragter der Universität Bielefeld). 21 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.
↑Mitrovic, Marija. Turkish Foreign Policy towards the Balkans(PDF). edoc.hu-berlin.de. Humboldt-Universität zu Berlin, Philosophische Fakultät III, Institut für Sozialwissenschaften. 24 mart 2014. 2014-08-14 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 9 avqust 2014.
↑Murinson, Alexander. Turkey's Entente with Israel and Azerbaijan: State Identity and Security in the Middle East and Caucasus (Routledge Studies in Middle Eastern Politics). Routledge. 2009. səh. 119. ISBN978-0-415-77892-3.
↑"About Turkey | Turkish Odyssey". www.turkishodyssey.com. 22 dekabr 2014. Archived from the original on 22 December 2014. İstifadə tarixi: 10 may 2020.
↑Atlas of the world (A commonly accepted division between Asia and Europe … is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles.). Washington, D.C.: National Geographic Society. səh. 31. ISBN0-7922-7528-4. (#accessdate_missing_url)
↑"Türkiyenin Coğrafi Konumu". www.turkcebilgi.com. Türkiye'nin Coğrafi Konumu ve Özellikleri Türkiye Kuzey Yarım Küre'de, eski dünya karalarının birbirine en çok yaklaştıkları stratejik bir bölgede yer alır. Buna bağlı olarak matematiksel ve özel konumu ülkenin sosyal, politik ve ekonomik durumu üzerinde etkili olmaktadır. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
↑"Statistics". milliparklar.gov.tr. Ministry of Forest and Water – General Directorare of Nature Conservation and National Parks. 2015-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2014.
↑Edgecomb, Diane; Ahmed, Mohammed M.A.; Özel, Çeto. A fire in my heart: Kurdish tales. Westport, CT: Libraries Unlimited. 2007. səh. xv. ISBN978-1-59158-437-7. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16. The outlines of the map of Kurdistan were taken from two sources: first, a map produced by the CIA in 1992 depicting areas with a Kurdish majority.
↑Watts, Nicole F. Activists in Office: Kurdish Politics and Protest in Turkey (Studies in Modernity and National Identity). Sitl: University of Washington Press. 2010. səh. 167. ISBN978-0-295-99050-7.
↑Şen, Hanife. "Türkiye'de sağlık hizmetleri ve gelişimi tarihçesi"(PDF). İstanbul Sağlık Müdürlüğü (türk). İstanbul Sağlık Müdürlüğü, İnsan Kaynakları Şube Müdürlüğü, Personel Eğitim Birimi. 26 noyabr 2011. səh. 21. 27 April 2021 tarixində orijinalından(PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.
↑Home of the Assumption: Reconstructing Mary's Life in Ephesus by V. Antony John Alaharasan 2006 ISBN1-929039-38-7 p. 38
↑William G. Rusch. The Witness of Bartholomew I, Ecumenical Patriarch. Wm. B. Eerdmans Publishing. 2013. səh. 31. ISBN978-0-8028-6717-9. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16. Constantinople has been the seat of an archiepiscopal see since the fourth century; its ruling hierarch has had the title of"Ecumenical Patriarch"
↑Erwin Fahlbusch; Geoffrey William Bromiley. The Encyclopedia of Christianity. Wm. B. Eerdmans Publishing. 2001. səh. 40. ISBN978-90-04-11695-5. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16. The Ecumenical Patriarchate of Constantinople is the ranking church within the communion of Between the 4th and 15th centuries, the activities of the patriarchate took place within the context of an empire that not only was
↑Acar, Sevil; Challe, Sarah; Christopoulos, Stamatios; Christo, Giovanna. "Fossil fuel subsidies as a lose-lose: Fiscal and environmental burdens in Turkey". New Perspectives on Turkey. 58. 2018: 93–124. doi:10.1017/npt.2018.7.
↑Antoinette Harri; Allison Ohta. 10th International Congress of Turkish Art. Fondation Max Van Berchem. 1999. ISBN978-2-05-101763-3. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20. The first military training institutions were the Imperial Army Engineering School (Mühendishane-i Berr-i Hümâyun, 1793) and the Imperial School of Military Sciences (Mekteb-i Ulûm-ı Harbiye-i Şahane, 1834). Both schools taught painting to enable cadets to produce topographic layouts and technical drawings to illustrate landscapes ...
↑Brueggemann, Werner; Boehmer, Harald. Teppiche der Bauern und Nomaden in Anatolien = Carpets of the Peasants and Nomads in Anatolia (1st). Munich: Verlag Kunst und Antiquitäten. 1982. 34–39. ISBN978-3-921811-20-7.
↑"Türk müzik tarihi". ANKA Enstitüsü (türk). İnsan düşüncesinin ürünü olduğu kadar duygusal bir deşarj yolu da olan müzik, yaratıldığı ortamla, çağın dünyagörüşü
ile, kısaca insan yaşamı ve toplumla, bütün diğer sanatlar gibi sıkıca bağlıdır. Müzik yoluyla bir yandan günlük yaşamın üstüne çıkıp güç kazanırken, bir yandan da birlikte yaşamanın kurallarını öğreniriz. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2020.
↑"Türk Müziği Tarihi". Türkçe Bilgi. Türk Müziği Tarihi denilince, yukarıda adlarını andığımız tüm türlerin ve bu türlerle ilgili besteciden kurumlara kadar tüm olguların ele alındığı bir tarih anlaşılmalıdır. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2020.
↑"Geleneksel Türk Mimarisi". Medya Çuvalı – Sanat, Düşünce ve Bilim Dünyası (türk). 27 September 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2020.
Wink, André. Al Hind: The Making of the Indo Islamic World, Vol. 1, Early Medieval India and the Expansion of Islam, 7th–11th Centuries. Brill Academic Publishers. 1990. ISBN9004092498.
Turkish State Meteorological Service. "Climate of Turkey". Turkish State Meteorological Service. 2006. 2007-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-12-27.