Metropoliya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Metropoliya (q.yun. μήτηρ — "ana" və q.yun. πόλις — "şəhər"; q.yun. μητρόπολις — "ana şəhər") — onun müstəmləkələri, sərhədləri xaricindəki yaşayış məntəqələri, istismar olunan ərazilər, müstəqil ölkələrlə bağlı dövlətdir.[1][2]

Tarixi

Tarixən əhalisi həddindən artıq çox olan şəhərlər, onun bir hissəsini kənara, adətən adalara və dənizin o tayına köçürərək, burada onlar üçün müstəmləkə yaradırdı və bir müddət ona himayə edilirdi. Bəzən "bala" şəhər "ana" şəhərdən daha çox güclü olurdu. Məsələn finikiyalıların yaratdığı Karfagen tezliklə "anası" Tiri əhalisinin sayına, siyasi qüdrətinə və iqtisadi inkişafına görə xeyli geridə qoymuşdu.

Müasir dövrdə metropoliya daha çox başqa ölkələri və yaxud öz ölkəsinin bir hissəsini müstəmləkə halına salaraq onun metropoliyasına çevrilmiş dövlətlərə deyilir.

İstinadlar