Midori (koala)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Midori
Növü Phascolarctos cinereus victor (Viktoriya koalası)
Cinsiyyəti dişi
Doğum tarixi 1 yanvar 1997
Doğum yeri Avstraliya Avstraliya
Tanınmış rolu zoopark heyvanı
Tanınır ən yaşlı koala
Saxlandığı yer İngiltərə parkı, Minamiavaci,  Hyoqo prefekturası, Yaponiya Yaponiya
Balaları yoxdur

Midori (みどり?, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala.[1] 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür.[1] Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır.[1]

Həyatı

Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur.[1] 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir.[1] O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi.[1] İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər.[1] İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir.[1]

Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.[1] Yaşına baxmayaraq ağaca çıxır, özü yemək yeyir və ziyarətçilərin önünə çıxır.[1]

Midori gününü yeməklə və yatmaqla keçirir.[1] Bəzən işçilər ona yeməkdə və ifrazat prosesində köməklik göstərirlər.[1] Hər ay tibbi baxışdan keçirilir və dırnaqları tutulur.[1]

Ginnesin Rekordlar Kitabı

Midori 2021-ci ildə 24 yaşına çatanda iki kateqoriya üzrə Ginnesin Rekordlar Kitabına düşmüşdür: dünyanın yaşayan ən yaşlı koalası və qeydə alınmış ən yaşlı koala.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "24-year-old koala, Midori, becomes the oldest in captivity ever". Ginnesin Rekordlar Kitabı (ingiliscə). 15 aprel 2021. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2022.

Xarici keçidlər