İfrazat

Maddələr mübadiləsinin son məhsulları ardıcıl olaraq qana, limfaya və toxumalararası mayeyə keçir. Bu maddələr qaz və maye halında olur. Karbon qazı ağciyərlər vasitəsilə bədənimizdən, çıxarıldığı halda, sidik cövhəri, fosfat turşusun duzları, suda həll olmuş xörək duzunun artığı bədənimizdən əsasən böyrəklər vasitəsilə çıxarılır. Bu maddələrin az bir hissəsi isə dəri vasitəsilə bədəndən xaric edilir. Bu maddələr orqanizmdə toplandıqda onu zəhərləyə bilir. Beləliklə, ifrazat prosesi nəticəsində orqanizmin daxili mühiti daima təmiz saxlanılır. Orqanizmdə olan artıq su və onda həll olmuş parçalanma məhsulları, əsasən sidik formasında böyrəklər vasitəsilə xaric olunur.

İfrazat üzvləri

[redaktə | mənbəni redaktə et]

İfrazat üzvlərinə dəri lat. cutis və sidik üzvləri lat. organa uropetica aiddir. Ümumiyyətlə sidik üzvləri cinsiyyət üzvləri ilə bərabər təsvir olunur, çünki bunlar anatomik və grnez cəhətcə bir-biri ilə sıxı rabitədədir. Beləliklə sidik və cinsiyyət üzvləri birlikdə sidik-cinsiyyət aparatını — lat. apparatus urogenitalis (systema urogenitale —BNA) təşkil edir. Sidik üzvlərinin əsas hissəsini bel nahiyyəsində yerləşmiş bir cüt böyrəklərlat. renes təşkil edir. Bunlardan ifraz olunan sidik sidik axarlarılat. ureters adlanan uzun axacaqlar vasitəsilə axaraq kiçik çanaqda sidikliyəlat. vesica urinaria toplanır. Buradan digər bir axacaq — sidik kanalılat. urethra başlayır və sidiyi xaricə çıxarır. Qadınlarda sidik kanalı qısa və sadə quruluşa, kişilərdə isə uzun və mürəkkəb quruluşa malik olur; kişilərdə bu kanal vasitəsilə sidikdən başqa toxum da xaricə çıxır.

border=none Əsas məqalə: Dəri
border=none Əsas məqalə: Böyrəklər

Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır.

Böyrək iki qatdan əmələ gəlmişdir: tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan. Xarici qatda çoxlu miqdarda xırda kapilyar yumaqcıqları yerləşir. Böyrək qabığı təxminən 5–7 mm qalınlığında olub piramidaların arasına çıxıntılar halında daxil olaraq piramidaları bir birindən ayırır. Daxili qat bir neçə kiçik 15-35-ə qədər konusabənzər piramidadan ibarətdir. Həmin piramidaların içərisindən nazik borucuqlar gedir ki, bunlar da piramidaların ucundakı məməciklərin üzərindəki dəliklərlə kiçik boşluğa - böyrək ləyəninə açılır. Buradan sidik axarı çıxır. Ümumiyyətlə, böyrəyi təşkil edən maddə mikroskopik böyrək borucuqlarından və böyrək cisimciklərindən ibarətdir. Xarici qatda böyrək cisimciklərində qədəhəbənzər kapsullar yerləşir. Kapsulların divarı iki qat epitel hüceyrələrindən əmələ gəlmişdir. Bu qatların arasında dar bir sahə yerləşir ki, buradan da qıvrım sidik borucuğu başlayır. Borucuqların divarı birqat epitel hüceyrələrindən ibarətdir. Hər bir sidik borucuğu bir neçə dəfə qıvrılaraq ilgək əmələ gətirir və xırda piramidaların içərisindən keçən toplayıcı borucuqların birinə açılır. Hər bir kapsula gətirici böyrək arteriyasının mikroskopik kiçik şaxələri daxil olub kapilyar sisteminə keçir. Kapilyarlar yumaqcığı təşkil edərək, bir-biri ilə birləşir və nəticədə aparıcı arteriyanı əmələ gətirir. Burada həmin damar kapsuldan çıxıb sidik borucuğuna yaxınlaşır. Burada həmin damar yenidən kapilyarlarla ayrılaraq sidik borucuğunun ilgəklərini sıx top kimi bürüyür. Sonra onlar birləşərək kiçik vena əmələ gətirir və nəhayət, bunlar qanı böyrəkdən çıxaran böyrək venasına açılır.

Böyrəklərin işi

[redaktə | mənbəni redaktə et]

Sutka ərzində böyrəklərdə orta hesabla 1500-1700 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəklərdə sidiyin əmələ gəlməsi prosesi onun xarici qatında olan kapsullardan başlayır. Kapilyar damarlarına qan gətirən xırda arteriyalar bunlardan çıxan kiçik damarlardan enlidir. Odur ki, yumaqcıqlarda qan təzyiqi yüksək olduğundan, qan plazmasının tərkibində olan maddələr kapilyarların nazik divarından sıxılıb çıxarılır, yəni süzülərək kapsullara tökülür. Mayenin kapsullara süzülməsi onun təzyiqi bərabərləşənədək davam edir. İlk sidik belə əmələ gəlir. İlk sidik qan plazmasında çox az fərqlənir. Onun tərkibində dissimilyasiya məhzullarından başqa amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa birləşmələrdə də olur. İlk sidiyin tərkibində zülallar olmur. İlk sidik kapsullardan sidik borucuqlarına ötürülür. Burada o, arasıkəsilmədən dolanbac sidik borucuqlarından keçir. Sidik borucuqlarının divarlarını əmələ gətirən epitel hüceyrələri fəal işləyərək ilk sidikdən çoxlu miqdarda su və orqanizmə lazım olan bütün maddələri sorur. Sonra həmin maddələr epitel hüceyrələrindən keçib sidik borucuqlarını bürüyən kapillyarlar şəbəkəsindən qana qayıdır. Beləliklə, böyrək epiteli hüceyrələri böyük iş görür. Son sidik, sidik borucuqlarında əmələ gəlir. Son sidikdə amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa maddələr olmur. İlk sidikdən suyun təqribən 96%-i qana sorulur. Son sidikdə sidik cövhərinin miqdarı təqribən 66 dəfə artır. Həmçinin, digər, lazımsız maddələr miqdarı da çoxalır.

Qadının cinsiyyət orqanlarından gələn pis qoxulu ifrazat; qanlı və ya irinli ola bilir. Bir çox ginekolojiiltihabi xəstəliklərin əsas əlamətlərindəndir. Ağ ifrazat bəzən yerli qıcıqlanmalardan, qanazlığı, şəkərli diabet xəstəliklərindən, daim qəbiz olmaqdan da baş verir.