Mirzə İsmayıl xan Mümtazəddövlə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirzə İsmayıl xan Mümtazəddövlə
Şəxsi məlumatlar
Doğum tarixi 1879
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1933(1933-12-21)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti siyasətçi, diplomat, deputat, ədliyyə naziri[d], maliyyə naziri[d], tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə İsmayıl xan Əliəkbər xan oğlu Mümtazəddövlə (1880-1933) — İranın dövlət xadimi, nazir, hüquqşünas, birinci İran parlamentinin əsasını qoyan şəxslərdən biri və parlamentin IV spikeri.[1]

Həyatı

Mirzə İsmayıl xan Əliəkbər xan oğlu 1880-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1933-cü ildə 53 yaşında olarkən ürək tutmasından vəfat etmişdir.

Təhsili

İbtidai təhsilini doğma şəhərində, ali hüquq təhsilini İstanbul şəhərində almışdır.

Fəaliyyəti

İran Dövlət Departamentində işləmişdir. Sonradan isə Azərbaycan Demokratik Respublikasında baş konsul olmuşdur. Daha sonra İstanbul şəhərində İran dövlətini təmsil etmişdir.

Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdir. O, bir neçə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu tutmuşdur.

İran Konstitusiyasının müəlliflərindən biridir. Fransız dilini sərbəst şəkildə bilməsi və ixtisasca hüquqşünas olmaq İranın ilk konstitutsiyasının yazılmasında fəal şəkildə iştirak etməsinə səbəb olmuşdu. Konstitutsiyanı yazarkən Belçika konstitutsiyasından təsirlənmişdir.

Mənbə

  • Ənvər Çingizoğlu, Aydın Avşar, Məşhur avşarlar, Bakı, “Mütərcim”, 2014, 324 səh.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar

  1. Əli Məhəmmədi. "حزب اجتماعیون اعتدالیون از پیدایش تا فروپاشی" (PDF) (farsca). 2000. 2021-02-27 tarixində arxivləşdirilib (PDF).

Həmçinin bax

Xarici keçidlər