Mirzə İsmayıl xan Əliəkbər xan oğlu Mümtazəddövlə (1880-1933) — İranın dövlət xadimi, nazir, hüquqşünas, birinci İran parlamentinin əsasını qoyan şəxslərdən biri və parlamentin IV spikeri.[1]
Mirzə İsmayıl xan Mümtazəddövlə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 1933 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | siyasətçi, diplomat, deputat, ədliyyə naziri[d], maliyyə naziri[d], tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə İsmayıl xan Əliəkbər xan oğlu 1880-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1933-cü ildə 53 yaşında olarkən ürək tutmasından vəfat etmişdir.
İbtidai təhsilini doğma şəhərində, ali hüquq təhsilini İstanbul şəhərində almışdır.
İran Dövlət Departamentində işləmişdir. Sonradan isə Azərbaycan Demokratik Respublikasında baş konsul olmuşdur. Daha sonra İstanbul şəhərində İran dövlətini təmsil etmişdir.
Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdir. O, bir neçə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu tutmuşdur.
İran Konstitusiyasının müəlliflərindən biridir. Fransız dilini sərbəst şəkildə bilməsi və ixtisasca hüquqşünas olmaq İranın ilk konstitutsiyasının yazılmasında fəal şəkildə iştirak etməsinə səbəb olmuşdu. Konstitutsiyanı yazarkən Belçika konstitutsiyasından təsirlənmişdir.