Mirzə Əbdülbaqi Danişmənd

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirzə Əbdülbaqi Danişmənd
Vəfat tarixi 1629
Fəaliyyəti şair

Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi[1]

Həyatı

Həyatı haqqında məlumat azdır. Ərəbfars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir.

Vəfatı

Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir.

Yaradıcılığı

Bədii yaradıcılığı

Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidərübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur. İsfahanda Şah Abbas məscidinin kitabələrini yazmışdır.

Ədəbiyyat

  • Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan». Bakı,1987.

İstinadlar

  1. "DANİŞMƏND". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.