Fəlsəfə

"Düşünən adam", Roden
Fəlsəfə

Fəlsəfə (q.yun. φιλοσοφία) — varlığın (yəni təbiətcəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm.

Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır[1]. Nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

Fəlsəfə sözü

[redaktə | mənbəni redaktə et]

"Filo""sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.

İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və deyib:

"Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm"

Fəlsəfənin predmeti

[redaktə | mənbəni redaktə et]

Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

Fəlsəfədə varlıq problemi

[redaktə | mənbəni redaktə et]

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən "var olmaq", "mövcud olmaq", "üzə çıxmaq", "reallıq" mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:

  1. Dar mənada — şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
  2. Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları. Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddi şeylər deyil, həm də ideal olanlar varlığa malikdirlər.

Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan "həqiqi" varlıq "qeyri-həqiqi" varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağa imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, florafaunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

Fəlsəfi kateqoriyalar

[redaktə | mənbəni redaktə et]

Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.

Materialist dialektikada "materiya" ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:

Fəlsəfə tarixi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fəlsəfə tarixi

Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir,

lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan — roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

Filosoflar, Rafael

Fəlsəfənin əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Fəlsəfi nəzəriyyələr

[redaktə | mənbəni redaktə et]

İdealizm, materializm, modernizm, peripatetizm, praqmatizm, pozitivizm, ekzistensializm, rasionalizm, irrasionalizm, skeptisizm

Fəlsəfənin beş bölməsi var:

Fəlsəfənin iki əsas metodu var:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]