Mirzə Möhsün xan Təbrizi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirzə Möhsün xan Təbrizi
Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi
Doğum tarixi
Doğum yeri Təbriz şəhəri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi, diplomat, tərcüməçi

Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi (1820-1900) — vali, diplomat.

Həyatı

Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ərəb, fars, ingilis, fransız və italyan dillərini bilirdi. Mirzə Tağı xan Əmir Kəbir Təbrizdə iqamət edərkən Mirzə Möhsün onun yanında çalışmağa başlayır. Gəncdəki fitri-istedadı duyan Əmir Kəbir onu Nasirəddin şah Qacara təqdim edir. Şah ona Moinülmülk, sonra Mötəməndülmülk ləqəblərini verir.

Mirzə Möhsün xan Təbrizi Müzəffərəddin mirzənin yanında xidmət etmişdi. Müzəffərülmülk ləqəbini daşıyırdı.

Mirzə Möhsün xan Təbrizi İranın ticarət, ədliyyə, xarici işlər naziri vəzifələrində çalışmışdı.

Mirzə Möhsün xan Təbrizi 1898-ci ildə şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar tərəfindən Həmədan valisi təyin edildi. 1899-cu ilin sonlarında Savə vilayətinə hakim göndərildi.

Mənbə

İstinadlar

Həmçinin bax

Xarici keçidlər