Monoxromatik işıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
CIE xy xromatiklik diaqramı.

Monoxromatik işıq (q.yun. μόνος – tək; χρῶμα – rəng) — gözdə hiss olunan tezliklər diapazonunun müəyyən sabit tezliyi ilə xarakterizə olunan elektromaqnit dalğası. Başqa tezlikli elektromaqnik dalğaları (infraqırmızı, ultrabənövşəyi və s. şüalar) fiziki təbiətinə görə görünən işıq dalğalarından fərqlənmir və "monoxromatik" termini onlar üçün də işlədilir. Nəzəri hesablamalara görə ciddi monoxromatik dalğaların şüalanma müddəti sonsuz böyük olmalıdır. Real şüalanma prosesləri isə sonlu olduğundan onlar yalnız kiçik tezliklər intervalında "monoxromatik" qəbul edilir. Sərbəst qaz atomlarının ayrı-ayrı spektral xətləri monoxromatik işığa uyğundur. İşığı monoxromatik işığa yaxən dar spektral intervallara bölən cihaz monoxromator adlanır. Bəzi lazerlər vasitəsilə şüaların spektral intervalı atomun spektr xətlərininkindən ensiz olan monoxromatik şüalar almaq mümkündür.[1]

İstinadlar

  1. Монохроматик ишыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 52.