Elektromaqnit dalğaları

Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır.

Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm

(1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır.

Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır. ɣ — şüaları güclü ionlaşdırıcı təsirə malik olduğuna görə canlı orqanizmlər üçün təhlükəlidir və hətta qısa müddətdə qəbul edilən yüksək doza ölümlə nəticələnə bilər.

İnfraqırmızı şüalar — dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olub 5·10−4÷7, 6·10−7m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

Radio dalğaları — dalğa uzunluğu 3000m÷5·10−5m intervalında olan dalğalardır. Elektromaqnit dalğaları şüalananda və udulanda özünü zərrəciklər(fotonlar) seli kimi aparır, yəni ikili təbiətə malikdir. Radio dalğaların dalğa uzunluğu radiotexnikada aşağıdakı kimi qruplaşdırılr:

  • Uzun dalğalar — dalğa uzunluğu 30000–3000 m olan dalğalardır.
  • Orta dalğalar — dalğa uzunluğu 3000–200 m olan dalğalardır
  • Qısa dalğalar — dalğa uzunluğu 200–10 m olan dalğalardır.
  • Ultraqısa dalğalar — dalğa uzunluğu 10–0,1 mm olan dalğalardır.
  • A. Mehrabov və b. Fizika kursu. Maarif nəşriyyatı, Bakı, 1982.