Mouson sahili

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mouson sahili (Antarktida)
Mouson sahili
Mouson ahili Antarktida xəritəsində

Mouson sahili[1] (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi.

Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır.

Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun[2] şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.

İstinadlar

  1. "SCAR Gazetteer Ref. No 9179 Mawson Coast". 2020-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
  2. "Australian Antarctic Division. Mac. Robertson Land". 2011-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.

Xarici keçidlər