Mouson sahili[1] (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi.
Mouson sahili materik buzlağının sonuc hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır.
Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yenizelandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun[2] şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.