Musa Musayev (parazitoloq)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Musa Musayev
Musa Əbdürəhman oğlu Musayev
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elm sahəsi parazitologiya
Elmi dərəcəsi
  • baytarlıq elmləri doktoru[d]
Elmi adı professor
İş yeri AMEA Zoologiya İnstitutu
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921 və ya 1921[1], Gəncə4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru.

Həyatı

Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi.[2] Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadənin nəvəsidir.

Əsas elmi nailiyyətləri

Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrəorqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.

  • Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya
  • Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya
  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 150
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10

Əsas elmi əsərlərin adları

  • SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).
  • Ev quşları koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri, 1977(rus dilində).
  • Qunduzun parazitosenozu və xəstəlikləri, 1987 (rus dilində).
  • Azərbaycan heyvanlar aləmi (I cild) Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa), 1995 (rus dilində).
  • Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında kriptosporidlərin yayılması, 1996 (rus dilində).
  • Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti (1976–1991)

"Parazitologiya" jurnalının redaksiya heyətinin üzvü (1967-1988)

  • Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü

Təltif və mükafatlar

  • Azərbaycan SSR Dövlət mükafatı laureatı - 1991;
  • H.Əliyev adına "Ekologiya sahəsindəki nailiyyətlərə görə" medal və mükafat - 1996;
  • AMEA-nın Fəxri Fərmanı - 2001;
  • "Şöhrət" ordeni - 2001.

Mənbə

İstinad

  1. Library of Congress Authorities (ing.). Library of Congress.
  2. "Arxivlənmiş surət". 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-04.