Nataşa Kandiç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nataşa Kandiç
Doğum tarixi 16 dekabr 1946(1946-12-16) (77 yaş)
Təhsili
Fəaliyyəti insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad)[1]. Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir.

Bioqrafiyası

Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar. 1991-ci ilin noyabrından 1992-ci ilin mayına qədər Serbiya vətəndaşlarının Xorvatiyadakı müharibəyə səfərbər edilməsinə qarşı referendum kampaniyasına rəhbərlik edir. Serbiyada Sarayevo bombardmanına qarşı ən böyük aksiyanın - "Qara Krep" in təşkilində iştirak edir. Etnik müharibə cinayətlərini sənədləşdirmək üçün 1992-ci ilin noyabr ayında Hümanitar Hüquq Mərkəzi qurur. 2004-cü ilin aprelində hərbi cinayətlərin sənədləşdirilməsi və istintaqı mərkəzləri şəbəkəsinin yaradılmasında iştirak etmişdir.

Kandiçə qarşı ittihamlar

2009-cu ilin fevralında Belqrad dördüncü rayon məhkəməsi tərəfindən Tomislav Nikoliçin böhtanına görə 200 min Serb dinarı cərimə tətbiq edir: 2006-cı ildə B92 kanalındakı televiziya proqramlarından birində Nikoliçin 1991-ci ildə Xorvatiyanın Antin kəndində mülki əhaliyə qarşı müharibə cinayətlərində iştirak etdiyi barədə yalan məlumatlar sızdırıb[2][3]. Belqrad rayon məhkəməsi hökmü 2009-cu ilin iyununda ləğv edir[4].

Mükafatlar

Sarayevonun fəxri vətəndaşı (2005);

Danisa "əxlaqi dəyərlərin yayılmasına verdiyi töhfəyə görə" ordeni (2006). Mükafatı Xorvatiya Prezidenti təqdim etmişdir[5].

İstinadlar

  1. См. стр. 79: ОБСЕ. "Дополнительное совещание по человеческому измерению. «Правозащитники и национальные институты по правам человека: законодательные, государственные и негосударственные аспекты». Итоговый отчёт". // osce.org. 30—31 марта 2006 года. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-6.
  2. "Nataša Kandić osuđena za klevetu Nikolića". // rts.rs. 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-6.
  3. "HLC boss ordered to pay Nikolić EUR 2,000 in damages". B92 (ingilis). 2009-02-05. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
  4. "Serbia; Events of 2009". Human Rights Watch (ingilis). 2009. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
  5. "Те, у кого есть мечта". Радио Свобода. 2013-08-28. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.