Natura

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft).

Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskizrəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər.

Ədəbiyyat

  • ASE, VII cild, Bakı, 1983. səh. 165.