Nazim Bəykişiyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nazim Bəykişiyev
Nazim Zöhrab oğlu Bəykişiyev
Doğum tarixi (75 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Bakı Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002 Azərbaycan SSR Dövlət mükafatı — 1984

Nazim Zöhrab oğlu Bəykişiyev (d. 29 iyun 1948, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), teatr və kino rəssamı.

Həyatı

Nazim Bəykişiyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləmişdir.

1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinifində təhsil almışdır. Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləmişdir. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışmışdır.[1]

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o Hüseyn Cavidin "İblis" və "Afət", R.Əlizadənin "Günah", Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu", Vilyam Şekspirin "Hamlet", Elçinin "Qatil", O.İoselianinin "Kaş araba aşmayaydı" kimi səhnə əsərlərinə bədii tərtibat vermişdir.[2]

Mükafatları

İstinadlar

  1. "Nazim Bəykişiyev". 2018-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  2. "BƏYKİŞİYEV Nazim Zöhrab oğlu". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  3. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  4. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.

Filmoqrafiya

  1. Günaydın, mələyim! (film, 2008)