Nazim Zöhrab oğlu Bəykişiyev (d. 29 iyun 1948, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), teatr və kino rəssamı.
Nazim Bəykişiyev | |
---|---|
Nazim Zöhrab oğlu Bəykişiyev | |
Fayl:Nazim Bəykişiyev.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Bakı Rəssamlıq Məktəbi |
Mükafatları |
Nazim Bəykişiyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləmişdir.
1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinifində təhsil almışdır. Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləmişdir. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışmışdır.[1]
2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o Hüseyn Cavidin "İblis" və "Afət", R.Əlizadənin "Günah", Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu", Vilyam Şekspirin "Hamlet", Elçinin "Qatil", O.İoselianinin "Kaş araba aşmayaydı" kimi səhnə əsərlərinə bədii tərtibat vermişdir.[2]