Nazim Pənahov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nazim Pənahov
Nazim Adil oğlu Pənahov
Doğum tarixi 6 dekabr 1971(1971-12-06) (52 yaş)
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Tanınır Professor, Tibb elmləri doktoru
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi

Nazim Adil oğlu Pənahov (6 dekabr 1971) — professor, tibb elmləri doktoru, əməkdar həkim.

Həyatı

Nazim Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı "Qızıl Medal" ilə bitirib.

Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N. Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti

1993–1995-ci illərdə Azərbaycan Tibb Universitetinin ortepedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə həmin kafedrada aspirant, 2000–2008-ci illərdə assistent olub, 2008–2016-cı illər ərzində dosent vəzifəsində çalışıb. 2017-ci ildən isə ortopedik stomatologiya kafedrasının professoru vəzifəsində çalışır, eyni zamanda həmin ildən Ortopedik stomatologiya kafedrasının müdiridir.

2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2009-cu ildə dosent elmi adına layiq görülüb.

2014-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2019-cu ildə professor elmi adına layiq görülüb.

N. Pənahov 100-dən çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, tədris-metodik tövsiyələrin, səmərələşdirici təkliflərin müəllifidir.

2016-cı il 7 noyabr tarixindən etribarən ATU-nun elmi katibidir.

2019-cu il 11 mart tarixindən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqudur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 09 aprel tarixli sərəncamı ilə, Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülüb.[1]

Məqalələri

  • Parodont xəstəliklərinin ortopedik müalicəsi". Dərs vəsaiti. Z. İ. Qarayev, Bakı. "Nurlan" nəşriyyatı, 2001
  • "Ortopedik stomatologiya". Dərslik. Z. İ. Qarayev, Bakı. "Oskar" nəşriyyatı. 2008.
  • "Diş — çənə anomaliya və deformasiyalarının müalicə xüsusiyyətləri". Tədris-metodik vəsait. Bakı. "Təbib" nəşriyyatı. 2009.
  • Кариес зубов у подростков с зубочелюстными аномалиями в Азербайджанской Республике. Российский стоматологический журнал. Москва, 2014, № 1, с. 52–53.[2]

İstinadlar

  1. olunmalıdır, «Tibb qəzeti» Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Tibbqazeti.az (rus). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. Azərbaycan Tibb Universiteti [ölü keçid]

Xarici keçidlər