Stomatologiya

Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsi. Bu sahədə fəaliyyət göstərən mütəxəssisə stomatoloq deyilir.

Stomatologiyanın əsas bölmələri

[redaktə | mənbəni redaktə et]

Terapevtik stomatologiya

[redaktə | mənbəni redaktə et]

Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.

Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir.

Ortopedik stomatologiya

[redaktə | mənbəni redaktə et]

Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik vəı funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür. Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir. Diş protezləri konstruksiyasına görə çıxan və çıxmayan olur.

Uşaq stomatologiyası

[redaktə | mənbəni redaktə et]

Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.

Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir.

Parodontologiya

[redaktə | mənbəni redaktə et]

Dişətrafı toxumaların xəstəliklərinin profilaktikası, müalicəsi və bərpası ilə məşgul olan stomatologiya sahəsidir.

Üz-çənə cərrahiyəsi

[redaktə | mənbəni redaktə et]

Üz çənə sisteminin iltihabi xəstəlikləri, travmaları, anadangəlmə qüsurları ilə məşğul olan stomatologiya sahəsidir. Üz-çənə cərrahiyəsi bir çox ölkələrdə stomatologiyaya aid edilmir. Stomatologiya sahəsinə aid olan oral cərrahiyə(ağız cərrahiyəsi) sadəcə ağız boşluğunda aparılan cərrahi müdaxilələri ehtiva edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]