Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi.
Azərbaycan Tibb Universiteti | |
---|---|
40°23′46″ şm. e. 49°49′59″ ş. u. | |
Əsası qoyulub | 1930 |
Rektor | Gəray Gəraybəyli |
Şəhər | Bakı |
Ölkə | |
Sayt | amu.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.
1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.
Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının
Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova.
1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi.
İkinci dünya müharibəsi illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhənin yaxın olmasına baxmayaraq, 1941–1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı, 2082 həkim hazırlandı. Həmin illərdə ATİ-nin müharibə dövründəki fəaliyyəti yüksək qiymətləndirildi; institut 1943-cü ildə Keçici Qırmızı Bayraqla təltif edildi.
1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.
Sonrakı illər institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kafedra və kursların açılması ilə əlamətdar oldu. Belə ki, üçüncü tədris binasının tikintisi başa çatdırıldı, birinci və ikinci tədris binaları tikilib istifadəyə verildi.
Azərbaycan Tibb İnstitutu təşkil edilməsinin 50-illik yubileyi ərəfəsində səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi.
1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N. Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.
Fakültə | Təsis olunub | Fakültə dekanı | İstinadlar |
---|---|---|---|
I Müalicə-profilaktika | 5 may 1974 | Elşad Mirzəli oğlu Novruzov | [1][2] |
II Müalicə-profilaktika | 5 may 1974 | İsrail Şəmşəd oğlu Məhərrəmbəyli | [3][4] |
İctimai səhiyyə | 1930 | A. Ə. Ağayev | [5][6] |
Stomatologiya | 1954 | Səid İlham oğlu Əhmədov | [7][8] |
Əczaçılıq | 1938 | Fərəh İlham qızı Mədətli | [9][10] |
Hərbi tibb | 25 may 2000 | [11] |
Fakültə |
---|
Anesteziologiya-reanimatologiya |
Ümumi cərrahiyyə |
Neyrocərrahiyyə |
Plastik cərrahiyyə |
Ürək-damar cərrahiyyəsi |
Uşaq cərrahiyyəsi |
Otolorinolarinqologiya |
Travmatologiya-ortopediya |
Onkologiya |
Urologiya |
Oftalmologiya |
Mamalıq-ginekologiya |
Psixiatriya |
Nevrologiya |
Terapiya |
Kardiologiya |
Nefrologiya |
Qastroenterologiya |
Hematologiya |
Dermatovenerologiya |
İmmunologiya |
Allerqologiya |
Yoluxucu xəstəliklər |
Revmatologiya |
Endokrinologiya |
Narkologiya |
Fizioterapiya və tibbi bərpa |
Ftiziatriya |
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza |
Pediatriya |
Şüa terapiyası |
Şüa diaqnostikası |
Stomatologiya |
Üz-çənə cərrahiyyəsi |
Sosial gigiyena və səhiyyənin təşkili |
Gigiyena |
Mikrobiologiya |
Laboratoriya işi |
Genetika |
Epidemiologiya |
Tibbi menecment |
Fakültə | Fakültənin nəzdindəki kafedralar |
---|---|
I Müalicə-profilaktika fakültəsi | Tibbi biologiya və genetika kafedrası |
I mamalıq-ginekologiya kafedrası | |
Oftalmologiya kafedrası | |
Dermatovenerologiya kafedrası | |
Nevrologiya kafedrası | |
Anesteziologiya ve reanimatologiya kafedrası | |
I daxili xəstəliklər kafedrası | |
I cərrahi xəstəliklər kafedrası | |
III cərrahi xəstəliklər kafedrası | |
İnsan anatomiyası və tibbi terminologiya kafedrası | |
Onkologiya kafedrası | |
Kliniki farmakologiya kafedrası | |
Məhkəmə təbabəti kafedrası | |
Terapevtik və pediatrik propedevtika | |
Neyrocərrahlıq kafedrası | |
I Uşaq xəstəlikləri kafedrası | |
Uşaq cərrahlığı kafedrası | |
Sitologiyada, embriologiya ve histologiya kafedrası | |
Kliniki allerqologiya və immunologiya kafedrası | |
II Müalicə-profilaktika fakültəsi | Normal fiziologiya kafedrası |
Tibbi və bioloji fizika kafedrası | |
II mamalıq və ginekologiya kafedrası | |
Urologiya kafedrası | |
Travmatologiya və ortopediya kafedrası | |
II daxili xəstəliklər kafedrası | |
Ümumi cərrahlıq kafedrası | |
II cərrahi xəstəliklər kafedrası | |
II Uşaq xəstəlikləri kafedrası | |
Şüa diaqnostikası və terapiyası kafedrası | |
Psixiatriya kafedrası | |
Ailə təbabəti kafedrası | |
Fizioterapiya və tibbi reabilitasiya kafedrası | |
Patoloji fiziologiya kafedrası | |
Patoloji anatomiya kafedrası | |
III Daxili xəstəliklər | |
İctimai səhiyyə fakültəsi | Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası |
Qidalanma və tibbi ekologiya kafedrası | |
İctimai sağlamlıq və səhiyyənin təşkili | |
Tibbi mikrobiologiya və immunologiya kafedrası | |
Epidemiologiya və biostatistika kafedrası | |
Bioloji kimya kafedrası | |
Ağciyər xəstəlikləri kafedrası | |
Yoluxucu Xəstəliklər Kafedrası | |
Stomatologiya fakültəsi | Ortopedik stomatologiya kafedrası |
Ağız və üz-çənə cərrahiyyəsi kafedrası | |
Uşaq stomatologiyası kafedrası | |
Terapevtik stomatologiya kafedrası | |
Qulaq, burun və boğaz xəstəlikləri kafedrası | |
Xarici dillər kafedrası | |
Əczaçılıq fakültəsi | Azərbaycan dili kafedrası |
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası | |
Farmakoqnoziya kafedrası | |
Farmakologiya kafedrası | |
Əczaçılıq kimyası kafedrası | |
Əczaçılıq toksikologiyası və kimya kafedrası | |
İctimai fənlər kafedrası | |
Hərbi tibb fakültəsi | Hərbi terapiya |
Tibbi profilaktika | |
Hərbi cərrahiyyə | |
Tibb xidmətinin təşkili və taktikası |
Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar digər iki yataqxana isə xarici tələbələr üçündür. Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunmuşdur. Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır.
2002-ci ildə yaradılmışdır. Tədris Stomatoloji klinikada terapevtik, ortopedik, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası kafedraları və müalicə-profilaktika və digər fakültələrin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər, terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. ATU-nun Tədris Stomatoloji klinikasının nəzdində tədris mərkəzi də fəaliyyət göstərir.
ATU-nun nəzdindəki Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir. Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir. Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılmışdır. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır. Klinikanın əməliyyat və anestezioloji şöbəsi 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ildən fəaliyyət göstərir. Klinikada efferent terapiya mərkəzi, endekrinologiya, endoskopiya, hematologiya, heriatriya, kardiologiya, klinik diaqnostik laboratoriya, kansultativ-diaqnostik poliknika, nevrologiya, pulmonologiya, allerqologiya və nefrologiya, reanimasiya və intensiv terapiya, revmatologiya və qastroenterologiya, şüa diaqnostika, təcili tibbi yardım, ürək-damar mərkəzi, uşaq kardio-revmatologiya, uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbələri fəaliyyət göstərir.
Klinikada 12 klinik kafedra yerləşdirilmişdir. Bu tibb ocağında eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağı var.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Klinikanın mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.
Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası universitetin 5 saylı tədris binasında yerləşir. Əsaslı Kitabxanada 260 nəfərlik 3 oxu zalı var. Zallardan birində fərdi noutbuklar üçün 32 yer quraşdırılıb. Oxuculara 9 kompüterlə xidmət edilir. Kitab fondu 805 min nüsxəyə çatmışdır. Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın http://www.medlib.aznet.org Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine saytı açılmışdır.
1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında "İlin ən yaxşı tələbə elmi işi" müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.
ATU-da tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) rəyi nəzərə alınır. 2022-ci ildən qurumun sədri vəzifəsini pediatr Qoşqar İsmayılov icra edir.[13][14]
ATU THİK himayəsində bir sıra klublar fəaliyyət göstərir:[15]
ATU Kitab Klubu 23 fevral 2023-cü ildə fəaliyyətə başlamışdır. Hazırda Rüfət Həsənlinin sədrlik etdiyi, Aytəkin Güliyevanın isə sədr müavini olduğu klubun, ümumilikdə, 13 nəfərdən ibarət İdarə Heyəti və 500-dən çox üzvü var.
Klub universitetdaxili və xarici çoxsaylı layihə və tədbirlərə imza atmışdır. Bugünədək 8 kitabın müzakirə günü, 4 kitabbağışlama aksiyası, 1 kitab sərgisi, “Danışır ATU!” layihəsi çərçivəsində 3 görüş, 1 yazıçı ilə imza günü, “Bakı turu” layihəsi çərçivəsində 6 muzeyə ekskursiya, 4 universitetin tələbələrinin iştirakı ilə 2 Poeziya Müsabiqəsi və daha neçə müxtəlif tipli tədbir həyata keçirilib. Bunlardan əlavə, ölkənin 9 kitab klubu və bəzi əlaqəli qurumlarla əməkdaşlıq yaradılıb, klub üzvlərinin səsləndirməsində dünyanın 11 platformasında podkast yayımlanır, “Kirildən Latına” layihəsi çərçivəsində 2 kitab latın qrafikasına çevrilib. Klubun Bədii Kitab Fondunda isə 350-ə yaxın müxtəlif adda, 4 dildə kitab və 40 saydan çox mətbu nümunələr toplanmışdır ki, indiyədək yüzlərlə tələbə və onlarla müəllim bunlardan yararlanmışdır. Həmçinin klub üzvlərinin müəllifi olduğu 50-dən çox məqalə və şeir klubun veb-saytında dərc olunmuşdur.
ATU Kitab Klubunda idarəetmə və klub işinin təşkili məqsədilə “Əsasnamə” adlı xüsusi toplu formalaşdırılmış və üzvlər tərəfindən qəbul edilmişdir.
ATU Kitab Klubu, həmçinin digər universitetlərin kitab klubları, müxtəlif nəşriyyatlar və s. ilə əməkdaşlıq edərək ölkədə mütaliənin artırılması üçün müxtəlif işlər görür.[16]
ATU THİK nəzdində fəaliyyət göstərən “Həyat” Teatr Klubu 2019-cu ildə yaradılmışdır. Klub fəaliyyət illərində bir çox fərqli tamaşa ilə universitetin tələbə və müəllimlərindən ibarət tamaşaçılarının önünə çıxmışdır. Klubun sədri və bədii rəhbəri Dilbər Rahim Əliyevadır.
Klub fəaliyyəti ərzində “Mahmud və Məryəm”, “Nişanlı qız”, Nizami Gəncəvi yaradıcığına həsr olunmuş “Beş Məşəl” tamaşası, narkomaniya ilə mübarizə üçün yazılmış və oynanmış “Bir idmançının taleyi”, Şəhid həkimlərimizə həsr edilən “Şəhid həkim Ceyhun”, akademik Zərifə xanım Əliyevanın yubileyinə həsr edilən “Göz həkimi” və tələbələrin sevimlisi “Dörd divar arasında” və s. tamaşaları səhnələşdirmişdir. 2023-cü ilin 13–18 dekabr tarixlərində ATU I Teatr Festivalı baş tutdu. festivall çərçivəsində dörd gün ardıcıl dörd fərqli tamaşa (“Bankir adaxlı”, “Laylay”, “Tunc heykəl”, “Albom”) ilə ATU-nun 5 nömrəli binasının akt zalında anşlaq olmuşdur.[17]
ATU THİK nəzdində fəaliyyət göstərən "Medical conversation" Danışıq Klubu 14 mart 2023-cü il tarixində ll Müalicə-profilaktika Fakültəsinin tələbəsi Şəbnəm Kərimzadənin təşəbbüsü ilə yaradılmışdır. Hazırda sədr vəzifəsini həmin fakültənin tələbəsi Səfərli Leyla, sədr müavini vəzifəsini isə l Müalicə-profilaktika Fakültəsinin tələbəsi Nağıyeva Mehri və ll Müalicə-profilaktika Fakültəsinin tələbəsi Səfərli Həmid icra edir. Klubun 11 nəfərdən ibarət idarə heyəti, 143 nəfər üzvü vardır.
Klubda alman və ingilis dillərində həm canlı, həmdə onlayn olaraq söhbətlər keçirilir.[18]
ATU-nun Şahmat Klubu 15 oktyabr 2021-ci ildə yaradılmışdır. Hazırda klubun sədri Cəmil Abışov, müavini isə Xətai Əzimlidir.
200-dən artıq üzvü olan klub bir çox universiada və respublika turnirlərində qalibiyyətlər qazanmışdır.[19]
1998-ci ildə "Çinar" ansamblı Fransada keçirilən xalq yaradıcılığı festivalında dünyanın 38 ölkəsinin kollektivləri arasında III yeri tutmuşdur.
Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər Birliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür.
USAID, Amerika-Avstriya Fondu (AAF), Almaniya Akademik Mübadilə Xidməti (DAAD), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Dünya Bankı, British Council və s. ilə əməkdaşlıq edir.
Azərbaycan Tibb Universiteti ABŞ Dövlət Departamentinin Fulbright, Avropa İttifaqının Erasmus+, Türkiyənin Mevlana proqramları ilə əməkdaşlıq edir.