Neştəryarpaq çilopsis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Neştəryarpaq çilopsis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Neştəryarpaq çilopsis (lat. Chilopsis linearis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin çilopsis cinsinə aid bitki növü.

Təbii yayılması

Kaliforniyada, Texasda və Şimali Meksikanın cənubunda təbii halda bitir.

Botaniki təsviri

Hündürlüyü 5 m-ə çatan,enli çətirli ağacdır. Yarpağinin uzunluğu 10-26 sm, eni 2-4 mm-dir, uzunsov neştərşəkillidir. Al-qırmızı, çəhrayı çiçəkləri enli süpürgə çiçək qrupunda toplanmışdır; 5 hissəli, ikicinslidir. Çiçək tacızəngşəkilli və ya qıfşəkilli. Bəzən iki dodaqlıdır. Erkəkcikləri 5 ədəddir. Kolibri və ya uzun xortumlu kəpənəklər vasitəsilə çarpaz tozlanır. Çiçəkləri güclü ətirə malikdir, çiçəkləmə əsasən iyul-avqust aylarına təsadüf edir. Meyvəsi ikilaylı qutucuqdur. Gövdəsinin buğumlarında, yarpaqların yan damarcıqlarının künclərində, saplaqlarda, kasacıq borucuğunun aşağı hissəsində çiçək kənarı tozcuqlar yerləşir. Bu cür tozcuqlar şəkərli maddələr ifraz edərək tozcuqla qidalnan və bitkiləri zərərvericilərdən mühafizə edən simbiotik qarışqaları cəlb edir. Hamar, qanadlı toxumları külək vasitəsilə, hətta küləksiz havada və ya sıx meşədə böyük məsafələrlə yayılırlar. Toxum və qələmlərlə çoxalır.

Ekologiyası

Rütubətsevən, şaxtaya, quraqlığa davamsız bitkidir.

Azərbaycanda yayılması

Böyük Qafqazda rast gəlinir. 1986-cı ildə Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Abşeronda, Lənkəranda park və bağlarda dekorativ çiçəkləyən bitki kimi yaşıllaşdırmada rast gəlinir.

İstifadəsi

Neştəryarpaq çilopsisdən yaşıllaşdırmada, ağac emalı, mebel, eyni zamanda yeyinti sənayelərində istifadə olunur.

İstinadlar

Həmçinin bax