Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Niderland Krallığı [qeydlər 1] (nid. Koninkrijk der Nederlanden ) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya . Aruba , Kürasao , Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.
Niderlandın torpaqlarının çoxu Avropadadır . Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr , Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir . Aruba , Kürasao və Sint-Marten də Karib dənizindədir .
Krallığın xronologiyası
Qeydlər
↑ Krallığın bir parçası olan Niderland ilə qarışdırılmamalıdır.
Xarici keçidlər
↑ (unspecified title) . burax. 2008.
↑ http://www.countrycallingcodes.com/country.php?country=Netherlands .