Kürasao (nid. Curaçao[4]) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir.
Kürasao | |||||
---|---|---|---|---|---|
nid. Curaçao | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Villemştad | ||||
Sahəsi | |||||
• Ümumi | 444 km² | ||||
Əhalisi | |||||
• Əhali | 158,986[1] nəfər | ||||
• Sıxlıq | 358 nəf./km² | ||||
• Ümumi | 2.699.612.458 $[3] | ||||
ISO kodu | CW | ||||
Telefon kodu | +5999 | ||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi.
Ərazisi 444 km²-dir.
2016-cı ilin yanvar ayına olan məlumata görə halisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir.
Yerli dili papyamento dili olmasına baxmayaraq, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi. Həmin il papyamento dili də ikinci rəsmi dil kimi qəbul olunmuşdur. 2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 81 %-i evdə papyamento dilində danışarkən 8 %-i Niderland dili, 6 %-i ispan, 3 %-i ingilis və 2 %-i də digər dillərdə danışır.
2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 80,1 %-i katolik, 4,6 %-i dinsiz, 3,6 %-i protestant, qalan hissəsi də digər dinlərin təəssübkeşləri idi.