Karib Niderlandı[1][2] (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar.
1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir[5][6]. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır[5].
Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır. Buradakı rüzgaraltı adaları rüzgarüstü adalarına nisbətən daha isti və quraqdır. Rüzgarüstü adalarında yaz mövsümündə qasırğalar müşahidə edilir.