Nigar Əliyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nigar Əliyeva
bayraq
Azərbaycan Respublikası
Səhiyyə Nazirinin müavini
bayraq2
12 fevral 2009 – 3 fevral 2022
Şəxsi məlumatlar
Doğum tarixi 1969
Doğum yeri
Partiya

Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

Həyatı

1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

Siyasi fəaliyyəti

2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[1]

Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.[2]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları

  • 2013-cü ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
  • 2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir.

İstinadlar

  1. "N. R. Əliyevanın Azərbaycan Respublikası səhiyyə nazirinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2009-cu il tarixli, 147 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  2. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.