Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Nigar Əliyeva | |
---|---|
12 fevral 2009 – 3 fevral 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1969 |
Doğum yeri | |
Partiya |
1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.
2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[1]
Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.[2]
Yeni Azərbaycan Partiyasının üzvüdür.