Nizami Bəhmənov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nizami Bəhmənov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1948(1948-04-04)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 2008(2008-09-13) (60 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Dini islam

Təltifləri "Şöhrət" ordeni

Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, Dağlıq Qarabağ13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı.

Həyatı

Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır.

1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub.

Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib.

Mənbə

İstinadlar