Obsidian

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Obsidian
Minerallar kvars, çöl şpatları
Sərtlik 5,5 ± 0,5
Sınığı balıqqulağınabənzər sınıq[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Obsidian - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Haqqında

Obsidian kimyəvi tərkibinə görə riolitlərə və digər turş süxurlara uyğun gələn, əsasən (65-75 %) silisium oksidindən ibarət qabıqvari sınıqları olan vulkanik şüşədir. Tünd – qara, tünd-qəhvəyi, tünd-boz rəngli obsidianlar ən geniş yayılmışdır. Həm müntəzəm, həm də xal-xal və dalğavari boyanmış obsidianlara rast gəlinir. Axırıncıların qeyri-müntəzəm boyanması onlarda incəsəpələnmiş hematitin olması ilə əlaqədardır. Çox kiçik qaz möhtəvilərinin olmasına görə cürbəcür bərq vuran tünd rəngli obsidian irizatsiya edən obsidian adlanır. İrizatsiya edən obsidian, adətən, qızılı, gümüşü, sədəfi, hərdənbir bənövşəyi, yaşıl, mavi və s. rəng çalarları ilə səciyyələnir. Birrəngli obsidianla yanaşı, həmçinin onun müxtəlif rəngli zolaqların növbələşməsi ilə fərqlənən zolaqlı növ müxtəlifliklərinə də rast gəlinir. Tapıldığı mühüm yerlər: Qlas-Butts, Litl-Leyk, Qlas (ABŞ); Lipar adaları (İtaliya); İslandiya; Arteni, Qyadis (Ermənistan); Gürcüstan və b. Azərbaycan ərazisində Kəlbəcər rayonunda Keçəldağ irizatsiya edən obsidian yatağı yerləşir.

Tətbiqi

İrizatsiya edən obsidian zərgərlikdə məmulat daşı kimi istifadə edilir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər