Püstəyarpaq şinus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Püstəyarpaq şinus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü.

Arealı

Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir. Bəzən onları çəhrayı bibər və ya qırmızı bibər adlandırırlar.

Ekologiyası

Quraqlıq sevəndir. Torpağın münbitliyinə dözür.

Azərbaycanda yayılması

Mərdəkan dendrarisində introduksiya olunmuşdur.

İstifadəsi

Tərkibində aşı maddəsi vardır. Dekorativ görünüşlüdür. Bir çox yeməklərin hazırlanmasında istifadə edilir.

İstinadlar

Həmçinin bax