Pəncab kabaddisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kabaddi oyunu (Bhimber).
Dairəvi üslublu kabaddi oyun meydanı.

Pəncab kabaddisi (ing. Punjabi kabaddi, Pəncab dilində: ਪੰਜਾਬੀ ਕਬੱਡੀ), yaxud, sadəcə, "Kauddi" (pənc. ਕੋੌਡੀ). Pəncab regionunda oynanılan populyar idman növü. "Pəncab kabaddisi" adlanan dairəvi üslublu kabaddi, kabaddi idman növünün ənənəvi olaraq Pəncab regionunda oynanılan üslubu olsa da, bu kabaddi üslubu üzrə beynəlxalq turnirlər keçirilir[1] və Hindistanın Həvəskar Dairəvi Kabaddi Federasiyası tərəfindən idarə olunur[2].

Qaydaları

Pəncab regionunda kabaddi oyunu 22 m-lik dairəvi meydanda oynanılır[1]. Orta xətti keçən oyunçu isə "kaudi da bharha" adlanır. Hər komandanın 8 oyunçusu olur; növbə ilə bir-birlərinə reydçi göndərirlər; Pəncab kabaddisində oyun 40 dəqiqə davam edir, birinci 20 dəqiqə bitdikdən sonra komandalar meydanda yerlərini dəyişirlər. Bu üslubda oynanılan kabaddi oyununda reydçi müvəffəqiyyət qazandıqda, komandasına 1 bal qazandırır, müvəffəqiyyət qazanmadıqda isə rəqib komanda 1 bal qazanır.

Həmçinin, bax

İstinadlar

  1. 1 2 Kissa Kabaddi da by Sarwan Singh Sangam Publications ISBN 93-83654-65-1
  2. "Arxivlənmiş surət". 2014-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.