Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Azərbaycan qadın milli kabaddi komandası — kabaddi idman növü üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadınlardan ibarət yığma komanda.
İlk dəfə Azərbaycan qadın milli kabaddi komandası 2014-cü ilin dekabr ayında Hindistanın Pəncab ştatında keçirilmiş kabaddi idman növünün dairəvi üslubu üzrə Dünya Kuboku uğrunda mübarizəyə qatılmış, qrup mərhələsində yalnız 1 oyunda qalib gələrək, 2 oyunu məğlub olmuş və öz qrupunda 3-cü yeri tutaraq mübarizəni dayandırmışdır.
|
|
|
Ölkə | O | Q | H | M | QB | İB | HF | X |
---|---|---|---|---|---|---|---|---|
Hindistan | 3 | 3 | 0 | 0 | 153 | 47 | 106 | 6 |
Danimarka | 3 | 2 | 0 | 1 | 100 | 99 | 1 | 4 |
Azərbaycan | 3 | 1 | 0 | 2 | 71 | 119 | -48 | 2 |
ABŞ | 3 | 0 | 0 | 3 | 79 | 138 | -59 | 0 |