Pavel Sakvarelidze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pavel Sakvarelidze
gürc. პავლე დავითის ძე საყვარელიძე
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
  • Sakara[d], Zestafoni bələdiyyəsi[d]
Vəfat tarixi 10 avqust 1937(1937-08-10)
Fəaliyyəti siyasətçi

Pavel Sakvarelidze (gürc. პავლე დავითის ძე საყვარელიძე; 1882, Sakara[d]10 avqust 1937) — Gürcüstan siyasətçisi, Gürcüstan Təsis Məclisinin üzvü.

Həyatı

Ali təhsilini Rusiya və İsveçrə universitetlərində almışdır.

Rusiya Sosial Demokratik İşçi Partiyasının Menşevik fraksiyasının üzvü idi. İmereti-Sameqrelo partiyasının üzvü və təşkilatçısı. Partiya təxəllüsü "böyük Pavel" olub. 1905-ci ildə İmeretidə baş verən inqilabi çıxışlarda yaxından iştirak etmişdir. 1917-ci il noyabr ayından seçici vəzifələrdə işləmişdir, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası parlamentinin üzvü seçildi. Gürcüstanın İstiqlal Bəyannaməsini imzalamışdır.[1] 12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Təsis Məclisinin üzvü seçildi.

Yenidənqurma, sənət, texniki və konstitusiya komissiyalarının üzvü idi. 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra Gürcüstanda qaldı və siyasi fəaliyyətdən uzaqlaşdı. ZSFSR Xalq Komissarlığının statistika və iqtisadi şöbə müdirinin müavini vəzifəsini tutmuşdur.

1937-ci il avqustun 10-da vəfat etdi, ölümün əsas səbəbi zəhərlənmə ola bilər.[2]

Vake qəbirstanlığında dəfn olunub.

Şəxsi həyatı

Valerian Qunia onun qayınatası olub.[2]

Ədəbiyyat

  • ირაკლი ხვადაგიანი. საქართველოს დამფუძნებელი კრება 1919. საბჭოთა წარსულის კვლევის ლაბორატორია. თბილისი, 2016, გვ. 360.

İstinadlar

  1. "Remix of "საქართველოს დამოუკიდებლობის დეკლარაცია" by Liza Buskhrikidze". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  2. 1 2 "Портал в прошлое в сердце Тбилиси: особняк Тер-Акоповой и его именитые старожилы". 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.

Xarici keçidlər