Qızıl Ordunun Gürcüstanı işğalı

Qızıl ordunun Gürcüstanı işğalı, başqa adla Sovet–Gürcü müharibəsi (15 fevral – 17 mart 1921) – Rusiya Sovet Federativ Sosialist Respublikasına bağlı Qızıl Ordunun Gürcüstan Demokratik Respublikasının menşevik bölgəsi hökumətini çökdürtmək və yerinə bolşevik rejimi hakim bir ölkə yaratmaq məqsədilə etdiyi hərbi hərəkatdır.

Qızıl Ordunun Gürcüstanı işğalı
Tarix 17 mart 1921
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşğaldan əvvəl

[redaktə | mənbəni redaktə et]

Ağ Ordu 'nun Bolşevik inqilabı ilə yox olması ilə Qafqazda qeyri-sabitlik meydana gəldi. Qafqazda 3 etnik millət olan; Gürcülər, AzərbaycanlılarErmənilər müstəqilliklərini elan etdi. Leninin Sovetləşmə planının ilk hədəfi Qafqaz idi. Bu səbəbdən ilk hədəf Gürcüstan Demokratik Respublikası idi. Qırmızı Ordu bu iş üçün 50.000 adam ayırdı.

İşğalı idarə edən Anatoli Gekker 11. Rus Ordusu ilə ilk öncə Tiflis Əməliyyatını təşkil edərək Khrami çayını keçdi və qısa müddətdə Gürcü qüvvələrini məğlubiyyətə uğratdı. Sonra Kutaisi Əməliyyatını təşkil etdi. İttifaq Dövlətlərinin köməyinə maneə törətmək üçün Ruslar Qara dəniz' dəki bütün Gürcü limanlarını ələ keçirdi. Bundan başqa Ruslar Abxazlara Rus ordusuna qatılmaq qarşılığında Abxazlara bir Abxaz Oblastı qurulacağına dair bir təklif təqdim etmişdilər. Abxazlar bu təklifi qəbul etdilər.

Nəticə olaraq Gürcüstan məğlubiyyət üzərinə məğlubiyyət yaşamağı səbəbi ilə artıq mübarizəni dayandırmaq məcburiyyətində qalmışdır. Sovetlər Gürcüstanı özünə tabe etmişdir.

İtkilər

  • 50.000 Sovet - 5.500 ölü və ya yaralı
  • 20.000 Türk (Sovetlər adına) - İtkinlərin sayı bilinmir
  • 35.000 Gürcü - 7.000 ölü və ya yaralı

Komandirlər

  • Anatoli Gekker (Sovet)
  • Mikhail Velikanov (Sovet)
  • Qriqori Ordzhonikidze (Sovet)
  • Kazım Karabekir (Sovetler adına xidmət edən Türk)
  • Giorgi Kvinitadze (Gürcü)
  • Giorgi Mazniashvili (Gürcü)
  • Valiko Jugheli (Gürcü)