Peru cərəyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Peru cərəyanı
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip Soyuq
Orta axın cərəyanı 0,9
Orta temperatur 15-20
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peru cərəyanı (və ya Humbolt cərəyanı)Sakit okeanda Cənubi Amerikanın qərb sahillərindən şimal istiqamətdə axan soyuq okean cərəyanıdır.[1] Cərəyanın Humbolt adı Prussiya təbiətşünası Aleksandr fon Humboldtun adından götürülmüşdür. 1846-cı ildə Humbolt "Cosmos" adlı kitabında bu soyuq axımın ölçülərini vermişdir.[1]

Fiziki xüsusiyyətləri

Cərəyan cənuda Çilidən (~ 45° c.en) şimalda Peruya (~ 4°S) qədər uzanır və soyuq, yüksəlmiş sular Ekvator cəbhəsi yaratmaq üçün isti tropik sularla kəsişir.[1] Peru sahillərində dəniz səthinin temperaturu 5°C-dən 16°C-dək aşağı temperatura çatır.[2] Digər bölgələrdə temperaturun 25 ° C-dən yuxarı olması səbəbiylə tropik suların özəlliklləri çox hiss olunmur. Yüksəlmə fitoplanktonu bəsləyən və nəticədə bioloji məhsuldarlığı artıran qida maddələrini səthə gətirir.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Montecino, Vivian, and Carina B. Lange. "The Humboldt Current System: Ecosystem components and processes, fisheries, and sediment studies." Progress in Oceanography 83.1 (2009): 65–79.
  2. Chavez, Francisco P., et al. "The northern Humboldt Current System: Brief history, present status and a view towards the future." (2008): 95–105.