Peru cərəyanı (və ya Humbolt cərəyanı)— Sakit okeanda Cənubi Amerikanın qərb sahillərindən şimal istiqamətdə axan soyuq okean cərəyanıdır.[1] Cərəyanın Humbolt adı Prussiya təbiətşünası Aleksandr fon Humboldtun adından götürülmüşdür. 1846-cı ildə Humbolt "Cosmos" adlı kitabında bu soyuq axımın ölçülərini vermişdir.[1]
Peru cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Sakit okean |
Tip | Soyuq |
Orta axın cərəyanı | 0,9 |
Orta temperatur | 15-20 |
Vikianbarda əlaqəli mediafayllar |
Cərəyan cənuda Çilidən (~ 45° c.en) şimalda Peruya (~ 4°S) qədər uzanır və soyuq, yüksəlmiş sular Ekvator cəbhəsi yaratmaq üçün isti tropik sularla kəsişir.[1] Peru sahillərində dəniz səthinin temperaturu 5°C-dən 16°C-dək aşağı temperatura çatır.[2] Digər bölgələrdə temperaturun 25 ° C-dən yuxarı olması səbəbiylə tropik suların özəlliklləri çox hiss olunmur. Yüksəlmə fitoplanktonu bəsləyən və nəticədə bioloji məhsuldarlığı artıran qida maddələrini səthə gətirir.[1]