Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aleksandr Humbolt (alm. Friedrich Wilhelm Heinrich Alexander Freiherr von Humboldt; 14 sentyabr 1769[1][2][…], Berlin, Prussiya, Müqəddəs Roma imperiyası[4][5][…] – 6 may 1859[1][2][…], Berlin, Prussiya[5]) — alman alimi-ensiklopedisti, tədqiqatçısı, fizik, meteoroloq, coğrafiyaşünas, botanik, zooloq və səyyahı, digər alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı, bitkilərin coğrafiyası təliminin banisi.
Aleksandr fon Humboldt | |
---|---|
alm. Alexander von Humboldt | |
Doğum tarixi | 14 sentyabr 1769[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 1859[1][2][…] (90 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | Geobotanika, iqtisadi coğrafiya, coğrafiya, meteorologiya, botanika, zoologiya, fizika |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Qeorq Kristof Lixtenberq[3] |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış "ağ ləkələr" şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri, Afrika, Cənubi Amerika, Hindistan, İndoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur.
Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı. Humbolt 18 yaşında Frankfurt, Berlin universitetlərində mühazirələr dinləmiş, daha sonra Freyberq akademiyasında təhsilini davam etdirməklə geniş biliyə malik olmuşdur. 1789-cu ildə ilk səyahətini Qərbi Almaniyadan başlayan alim, sonradan ekspedisiyasını Reyn çayı hövzəsində davam etdirməklə Reyn hövzəsinin bazaltları haqqında birinci elmi işini yazmışdır.
1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə ispan hakimiyyətindən icazə alırlar (şəkil 10). Hər ikisi "Pisarro" gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxırlar. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə quraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotopaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə etmişdir. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-nin Delavar körfəzindən Avropaya qayıdırlar.
Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olmuşdur. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunmuşdur. 1829-cu ildə rus hökumətinin dəvətilə Humbolt Rusiyaya gəlir. Dünya şöhrətli alimin artıq 60 yaşı tamam olmuşdur. Az əvvəl o, "Peterburq Elmlər Akademiyası"nın fəxri üzvü seçilmişdir. Humboltu Rusiyada əsasən Uralın zəngin faydalı qazıntıları maraqlandırırdı. Ona görə də marşrutu Peterburqdan, Moskva, Kazan, Mərkəzi Ural, Qərbi Sibir, Ob, Altay, Omsk, Cənubi Ural, Həştərxan, yenidən Moskva və Peterburq üzrə təşkil etməklə, 1829-cu ilin dekabrında vətəni Almaniyaya qayıdır. Ekspedisiya böyük ərazini əhatə etməklə qısa müddətli olduğundan nəticələri Amerikada aparılan tədqiqatlar qədər olmasa da, əldə olunmuş materiallara əsaslanaraq bir sıra məqalələr və iki kitabda toplanmış məlmatlar öz əksini tapmışdır. Sutkada cəmi beş satt yatmaqla kifayətlənən məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olmuşdur. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaratmış alimlərdən olmuş, izotermlərin verilməsini təklif etmişdir. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilmişdir. İlk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu vermişdir.
Yer qabığının quruluşu haqqında "Plutonislərin"bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoymuşdur. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik "Kosmos" əsərində öz əksini tapmışdır. Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilmişdir.