Pieros Sotiriu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pieros Sotiriu
Ümumi məlumatlar
Doğum tarixi 13 yanvar 1993(1993-01-13)[1][2][…] (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Boyu 186 sm
Çəkisi 74 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pieros Sotiriu (yun. Πιέρος Σωτηρίου; 13 yanvar 1993[1][2][…], Nikosiya) — Kipr futbolçusu, Bolqarıstan Birinci Peşəkar Futbol Liqasında çıxış edən "Ludoqorets"in hücumçusu.

Klub karyerası

Pietros Sotiriu Nikosiya təmsilçisi "Olimpiakos" klubunun yetirməsidir. O, 19 mart 2011-ci ildə Kipr Birinci divizionunda "Doksa" ilə matçda debüt etmişdir.[3] Sotiriu "Olimpiakos" heyətində ilk qolunu 18 sentyabrda "APOEL"ə qarşı oyunda vurmuşdur.[4] O, 2013-cü ilin yayında "APOEL"ə transfer olmuşdur. Sotiriu 29 avqustda Avropa Liqasının təsnifat mərhələsində Belçikanın "Zülte Varegem" komandası ilə oyunda debüt etmişdir.[5] Həmin mövsüm o, Kiprdə çempion olmuş və Kipr kubokunu qazanmışdır. Sotiriu 2014-cü ildə "Ayiya Napa" ilə matçda "APOEL" heyətində ilk qolunu vurmuşdur. O, klubu ilə daha üç dəfə çempion olmuşdur. Sotiriu 8 yanvar 2017-ci ildə "Aris"lə oyunda het-trik etmişdir.[6]


2018-ci ildə Avropa Liqasında Sankt-Peterburq təmsilçisi "Zenit"i və Fransanın "Bordo" klubu[7] ilə matçlarda qol vurmuşdur.

2020 mövsümündə "Astana"da çıxış etmiş, 2021-ci ilin fevralında " Ludoqorets "ə transfer olmuşdur.[8]

İstinadlar

  1. 1 2 Pieros Sotiriou // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Pieros Sotiriou // FBref.com (çd.).
  3. "Докса Катокопиас VS. Олимпиакос Никосия 1:2" (ingilis). soccerway.com. 2011-03-19. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  4. "Олимпиакос Никосия VS. АПОЭЛ 1:4" (ingilis). soccerway.com. 2011-09-18. 2017-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  5. "АПОЭЛ VS. Зюлте-Варегем 1:2" (ingilis). soccerway.com. 2013-08-29. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  6. "АПОЭЛ VS. Арис Лимасол 5:0" (ingilis). soccerway.com. 2017-01-08. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  7. "Бордо VS. Копенгаген 1:2" (ingilis). soccerway.com. 2018-10-04. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  8. "Сотириу покинул «Астану»". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.

Xarici keçidlər