Pieros Sotiriu (yun. Πιέρος Σωτηρίου; 13 yanvar 1993[1][2][…], Nikosiya) — Kipr futbolçusu, Bolqarıstan Birinci Peşəkar Futbol Liqasında çıxış edən "Ludoqorets"in hücumçusu.
Pieros Sotiriu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 yanvar 1993[1][2][…] (30 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Boyu | 186 sm |
Çəkisi | 74 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Pietros Sotiriu Nikosiya təmsilçisi "Olimpiakos" klubunun yetirməsidir. O, 19 mart 2011-ci ildə Kipr Birinci divizionunda "Doksa" ilə matçda debüt etmişdir.[3] Sotiriu "Olimpiakos" heyətində ilk qolunu 18 sentyabrda "APOEL"ə qarşı oyunda vurmuşdur.[4] O, 2013-cü ilin yayında "APOEL"ə transfer olmuşdur. Sotiriu 29 avqustda Avropa Liqasının təsnifat mərhələsində Belçikanın "Zülte Varegem" komandası ilə oyunda debüt etmişdir.[5] Həmin mövsüm o, Kiprdə çempion olmuş və Kipr kubokunu qazanmışdır. Sotiriu 2014-cü ildə "Ayiya Napa" ilə matçda "APOEL" heyətində ilk qolunu vurmuşdur. O, klubu ilə daha üç dəfə çempion olmuşdur. Sotiriu 8 yanvar 2017-ci ildə "Aris"lə oyunda het-trik etmişdir.[6]
2018-ci ildə Avropa Liqasında Sankt-Peterburq təmsilçisi "Zenit"i və Fransanın "Bordo" klubu[7] ilə matçlarda qol vurmuşdur.
2020 mövsümündə "Astana"da çıxış etmiş, 2021-ci ilin fevralında " Ludoqorets "ə transfer olmuşdur.[8]