Astana FK

Bu məqalə Astanada 2009-cu ildə yaradılmış FK haqqındadır. Astanada 1964-cü ildə yaradılmış FK üçün Astana-1964 FK səhifəsinə baxın.

Astana FK (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.

Astana
Loqonun şəkli
Klubun tam adı Astana Futbol klubu
Ölkə Qazaxıstan Qazaxıstan
Ləqəb(lər) Maviyaşıllar[1]
Rəng(lər) sarıgöy
Yaranma tarixi 2009
Stadionu Astana Arena
Tutumu 30,000
Prezidenti Qazaxıstan Sayan Xamitzanov
Baş məşqçisi Ukrayna Roman Qriqorçuk
Liqa Premyer Liqa
2024 2.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub.[2] Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır.[2]

Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur.[2] Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır.[2] Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır.[2]

"Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib.[2] "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.[2]

Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.[2]

2015–2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar.[2] Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır.[2]

Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.[2]

Klubun prezidenti Sayat Xamitcanov, baş məşqçisi isə bolqar Stanimir Stoylovdur.[2]

"Astana" bir dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, iki dəfə də ölkə kubokuna sahib çıxıb.[2]

  1. "Team profile". UEFA.com. 11 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2015.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Rövnəq Abdullayevin dilini gödək edən klub - Yazı+Fotolar Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. komanda.az, 27.08.2015  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]