Pitiusen kərtənkələsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pitiusen kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Podarcis pityusensis[1]

Pitiusen kərtənkələsi (lat. Podarcis pityusensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. Aralıq dənizində yerləşən Pitiusen adalarının endemik canlısıdır. İspaniyaın Malyorka adalarında yarımnövlərinə rast gəlinir.

Xariçi görünüş

Elədə böyük olmayan kərtənkələdir. Onun uzunluğu 7 sm təşkil edir. Quyruğu bədəndən iki dəfəyə yaxın böyük olur. Ümumilikdə 26 yarımnöv əmələ gətirirlər. Onların bir çoxu çox nadirdir. Bəziləri qəhvəyi və ya yaşıl rəngdə olur. Bədənində tünd ləkələr vardır. Aşağı hissəsi sarı, narıncı və ya çəhrayi olur.

Həyat tərzi və qidalanması

Əsasən qayalıqlarda məskən salır. Kiçik adalarda cılpaq qayalıqlarda yaşayırlar. Əsasən qarışqalar, böcəklər, hörümçəklər, çiçəklər və bitki tumları ilə qidalanırlar. Bəzən kannibalizm müşahidə edilir.

Şəkillər

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Həmçinin bax