Xoanlar (lat. Sarcopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan kladı.
Xoanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Xoanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xoanlar sinfinə aid növlərin ox skeletinin əsasını elastik xorda təşkil edir. Xoanları şüaüzgəcli balıqlardan fərqləndirən əsas cəhət onların daxili su hövzələrində yayılmasıdır. Onlarda qida borusu fırı ağciyərə çevrilmiş, aparıcı analizator isə lamisə olmuş, baş beyin dəyişikliyə məruz qalmışdır. Üzgəclərin köməkliyi ilə onlar dibdə hərəkət edir, başqa su hövzələrinə sürünə bilirlər. Tənəffüs qəlsəmə və ağciyərlər vasitəsilə həyata keçir. Üç ədəd dəlik mövcuddur: cinsiyyət, anal və ifrazat. Çoxalma tipi daxili mayalanma yolu ilə gedir. Az sayda kürü ananın bədənində inkişaf edir. Yaxşı inkişaf etmiş ön beyin mövcuddur.
Atimeria chalumnae Hind okeanı sularında yaşayır. Bu növün bir populyasiyası Böyük Komor və Anjuan adalarında (Komor adaları), digər populyasiyası isə Cənubi Afrika, Madaqaskar və Mozambik sahillərində yaşayır. Dərin dəniz sularında yaşayan, demersal (dibdəvə dibə yaxın ərazilərdə yaşayan) balıq olan latimeriyanın uzunluğu 168 sm-ə çatır. Rəngi tünd, bozumtul-göy, ağ ləkəli olur. Zəif hərəkətli, yırtıcı balıq olub gecə həyat tərzinə malikdir. Selakantkimilər (Coelacanthiformes) dəstəsinə aid, 2 növdən (L. Chalumnae, L. menadoensis) ibarət yeganəcinsdir. Uzun müddət xoanların 80 mln. il əvvəl məhv olunduğuhesab edilirdi. Lakin, 1938-ci ildə CAR-ın cənub sahillərində, Çalma çayının deltasında bu növə aid ilk balıq təsvir edildi.
Neoceratodus forsteri Buynuzdişlikimilər (Ceratodontiformes) dəstəsinə aid yeganə növdür. Avstraliya endemi olub Börnet çayı hövzəsində yaşayır. İri pulcuqlara malik olan bu balığın ölçüləri 180 sm-ə,çəkisi 43 kq-a qədər olur. Zəif axınlı çayların sıx bitki örtüyünə malik ərazilərində yaşayır. Qəlsəmələrlə bərabər hər 40–50 dəqiqədən bir su səthinə çıxaraq burunları ilə atmosfer havasını udur. Quraqlıq dövrü su qalmış gölməşələrdə yaşayır. Müxtəlif həşəratlarla qidalanır.
Lepidosirenkimilər (Lepidosireniformes) dəstəsinə aid olan Protopterus annectens və Protopterus aethiopicus ağciyərlərə, sapvari döş və taz üzgəclərinə malik balıq olub Afrika sahillərində yaşayır. İndiyədək 4 növ təsvir edilmişdir. Onlar ilanbalıqları kimi üzməklə bərabər, üzgəcləri vasitəsilə suyun dibində sürünərək hərəkət edə bilirlər. İri fərdlərin uzunluğu 200 sm-ə çatır. Xərçəngkimilər, su həşəratlarının sürfələri və molyusklarla qidalanırlar. Əsasən Afrika dənizlərində yaşayan Protopteruslara bataqlıqlar və göllərdə də rast gəlinir.Qurumuş su hövzələrinin altında, bərkimiş palçıqlıqlarda uzun müddət yaşaya bilirlər.