Potentilla reptans

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Potentilla reptans
Elmi təsnifat
Beynəlxalq elmi adı

Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır.

Yarpaq

Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür.

Çiçək

Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur.

Meyvə

Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir. Çiçəkləməsi iyun ayında baş verir. İyun-avqust aylarında meyvə verir.

Yaşayış mühiti

Dağ meşələrinin açıq yerlərində, alaqlı çəmənlərdə, yol kənarında rast gəlinir.[2]

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 499.
  2. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016