Pratibha Patil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pratibha Patil
Marathi dili: प्रतिभा पाटील, Pratibhā PāṭīlIAST, ing. Pratibha Patil
bayraq
Hindistanın 12-ci prezidenti
bayraq2
25 iyul, 2007-ci il – 25 iyul 2012
ƏvvəlkiAbdul Kalam
SonrakıPranab Mukerci
Şəxsi məlumatlar
Doğum tarixi (89 yaş)
Doğum yeri Maxaraştra, Hindistan Hindistan
Partiya
Fəaliyyəti siyasətçi, vəkil
Dini hinduizm
pratibhapatil.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pratibha Devisinq Patil (Marathi dili: प्रतिभा पाटील, Pratibhā PāṭīlIAST, ing. Pratibha Patil 19 dekabr 1934) — Hindistanın 12-ci prezidenti.

Həyatı

P.D.Patil 1934-cü ilin dekabr ayının 19-da Maharaştra vilayətinin Calqaon rayonunun Nadqaon kəndində anadan olmuşdur.

Təhsili

İbtidai təhsilini Calqaonun Vidyalaya məktəbində almışdır. Calqaon rayonunun Mulji Ceta Kollecində Siyasi elmlər və iqtisadiyyat üzrə magistr dərəcəsini və Bombey (Mumbay) şəhərinin Hökumət Hüquq Kollecində Hüquq üzrə bakalavr dərəcəsini almışdır.

Siyasi fəaliyyət

1967-1972 – Maharashtra Hökuməti, Səhiyyə, Qadağan etmə, Turizm, Mənzil Tikintisi və Parlament işləri üzrə Nazir müavini; 1972-1974 – Maharashtra Hökuməti, İctimai rifah üzrə Kabinet Naziri; 1974-1975 – Maharashtra Hökuməti, Səhiyyə və ictimai rifah üzrə Kabinet Naziri; 1975-1976 – Maharashtra Hökuməti, Qadağan etmə, Reabilitasiya və Mədəniyyət işləri üzrə Kabinet Naziri; 1977-1978 – Maharashtra Hökuməti, Təhsil üzrə Kabinet Naziri; İyul 1979 - fevral 1980 – Maharaştranın Qanunvericilik Assambleyasında Müxalifət lideri; 1982-1983 – Maharashtra Hökuməti, Şəhər inkişafı və Mənzil Tikintisi üzrə Kabinet Naziri; 1983-1985 – Maharashtra Hökuməti, Mülki təminat və İctimai rifah üzrə Kabinet Naziri; 8.11.2004 – 21.06.2007 – Racastan vilayətinin qubernatoru 25 iyul 2007-ci il – Hindistan Respublikasının prezidenti vəzifəsinin icrasına başlamışdır. Bu yüksək vəzifəyə seçilmiş ilk qadındır.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər