Puçero

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Puçero

Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, FilippinKanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur.

Puçero Əndəlusda

Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir.

Xarici keçid