Makaron (it.pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur.[1][2] İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır.[3] Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyancamaccherone sözündən keçmişdir.
2015–2016-cı illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln. ton), Rusiya (1 mln. ton) idi.[4][5]
İtaliyada makaron məhsulları haqqında ən erkən dəqiq mənbələr XIII və ya XIV əsrlərə aiddir. İlk dəfə ABŞ-də makaron istehlakını təşviq etmək üçün buraxılan Macaroni Journal çap etdiyi əfsanəyə görə, İtaliyaya makaronu Çindən Marko Polo gətirib.[6][7]
↑"Who "invented" pasta?". National Pasta Association: "The story that it was Marco Polo who imported noodles to Italy and thereby gave birth to the country's pasta culture is the most pervasive myth in the history of Italian food." (Dickie, page 48).