Qılıncvari gəvən

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qılıncvari gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus xiphidium Bunge

Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Təbii yayılması

Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki təsviri

30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.

Ekologiyası

Orta dağ qurşağında daşlı yamaclarda, açıq quru sahələrdə daha çox rast gəlinir.

Azərbaycanda yayılması

Kiçik Qafqaz dağlarının orta dağ qurşağında, Gəncə yaxınlığında kiçik areallarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.

İstifadəsi

Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.

Sinonimləri

Heterotipik sinonimləri

  • Astragalus maraziensis Rzazade
  • Tragacantha procerior Kuntze

İstinadlar

Həmçinin bax