Qırmızı tut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qırmızı tut
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü.

Təbii yayılması

Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur. Yarpaq açması və çiçəkləməsi qara tutla eyni vaxtda olur. Qırmızı tutun tumurcuqları iri və 3-5 cərgə pulcuqlarla örtülmüşdür. Çiçəkləri ikicinslidir. Erkək çiçəklər sırğalar üzrə toplanmış, 2-3 sm uzunluqda olur. Meyvələri iri, 3-5 sm, silindrvari, tünd çəhrayı və qırmızı rəngli, turşməzə-şirindir, iyul-avqust aylarında yetişir. Meyvəsinin yeyilməsinə görə ən qiymətli növlərdən sayılır. Yarpaqları cod və kobud olduğu üçün ipək qurdunun yemlənməsində az əhəmiyyətlidir. Toxum və qələm vasitəsi ilə çoxaldılır. Özək hissəsi sarı rəngli olub, illik halqaları aydın görünür.

Ekologiyası

Bu növ ağ tuta nisbətən az yayılmışdır. Soyuğa və quraqlığadavamlı, torpağa tələbkar, kölgəsevəndir.

Azərbaycanda yayılması

Naxçıvan, Şəki və Şirvan zonasında yayılmışdır.

İstifadəsi

Yarpaqlarından boyaq, tərləmə dərmanı, köklərindən qurdqovucu kimi istifadə edilir. Meyvəsinin tərkibində 22% şəkər olduğu üçün spirt, sirkə, şərab hazırlanır. Mədəniyyət və istirahət parkları, xiyabanlar və qoruyucu meşə zolaqlarının salınmasında istifadə edilir.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 986.

Həmçinin bax