Qıvrım boruçiçək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qıvrım boruçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qıvrım boruçiçək (lat. Solenanthus circinatus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik, yaşıl ot bitkisidir. Gövdəsi 40-80 sm hündürlükdədir. Yarpaqları iri, enli, nazik, hər iki tərəfdən, əsasən aşağı hissədən xovludur. Kökətrafı və gövdənin aşağı hissəsində yerləşən yarpaqları enli yumurtavari, iti, mərkəzi hissədə ürəkvari, saplaqlı, digər yarpaqları oturaq, uzunsovdur. Çiçək qrupu əvvəlcə ensiz, sonradan enliləşəndir. Çiçəkləri demək olar ki, oturaqdır. Ksacıq boz rəngdədir və hissələri kütdür, 3-4 mm uzunluğundadır. Çiçək tacı göy – mavi, borulu, 5-6 mm uzunluğunda üçbucaq və ya lansetvari pərlidir. Fındıqcası 5-7 mm uzunluğuna yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi may-iyun, meyvəverməsi iyul ayına təsadüf edir. Orta dağ qurşağında, kolluqların arasında rast gəlinir.

Yayılması

Naxçıvanın dağlıq hissəsi.

Sayı və tendensiyası

Məhdud sahələrdə yayılmı, mənfi təsirlərə məruz qalan həssas növdür.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (yay otlaqlarının intensiv otarılması) yayıldığı ərazilərin biçənək kimi istifadə edilməsidir.

Mühafizə tədbirləri

Xüsusi qorunan ərazilərdə rezervasiyası və mütəmadi monitorinqin aparılması tələb olunur. Planlıotarılma və mənimsənilmə tədbirlərinin görülməsidir.

İstinadlar

Həmçinin bax