Qıvrım boruçiçək (lat. Solenanthus circinatus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.
Qıvrım boruçiçək | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qıvrım boruçiçək |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik, yaşıl ot bitkisidir. Gövdəsi 40-80 sm hündürlükdədir. Yarpaqları iri, enli, nazik, hər iki tərəfdən, əsasən aşağı hissədən xovludur. Kökətrafı və gövdənin aşağı hissəsində yerləşən yarpaqları enli yumurtavari, iti, mərkəzi hissədə ürəkvari, saplaqlı, digər yarpaqları oturaq, uzunsovdur. Çiçək qrupu əvvəlcə ensiz, sonradan enliləşəndir. Çiçəkləri demək olar ki, oturaqdır. Ksacıq boz rəngdədir və hissələri kütdür, 3-4 mm uzunluğundadır. Çiçək tacı göy – mavi, borulu, 5-6 mm uzunluğunda üçbucaq və ya lansetvari pərlidir. Fındıqcası 5-7 mm uzunluğuna yumurtavaridir.
Çiçəkləməsi may-iyun, meyvəverməsi iyul ayına təsadüf edir. Orta dağ qurşağında, kolluqların arasında rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi.
Məhdud sahələrdə yayılmı, mənfi təsirlərə məruz qalan həssas növdür.
Antropogen amillər (yay otlaqlarının intensiv otarılması) yayıldığı ərazilərin biçənək kimi istifadə edilməsidir.
Xüsusi qorunan ərazilərdə rezervasiyası və mütəmadi monitorinqin aparılması tələb olunur. Planlıotarılma və mənimsənilmə tədbirlərinin görülməsidir.